Suriya ordusuna aid döyüş təyyarələri ölkənin şimal-qərbindəki İdlib ətraf bölgələrə vakum bombası atıb. Hava hücumunda 20 adam ölüb, 24 adam yaralanıb.
Hökumətə məxsus təyyarələrin bombaladığı İdlibin Carcanaz mahalında mülki müdafiə dəstələri dağıntı altından çoxlu sayda uşaq cəsədi çıxardıb. Hücumda beş mərtəbəli bina dağılıb. Dağıntılar altında ağır texnikanın köməyi ilə insanların çıxarılması davam etdirilir.