BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) Mosul əməliyyatının başlamasından bəri təxminən 10 min uşağın yurd-yuvasından olduğunu açıqlayıb.
"Eurasia Diary" xəbər verir ki, BMT Baş Katibinin Sözçüsü Stefan Dujarrik mətbuat konfransında Mosulda İŞİD-ə qarşı əməliyyatın başladığı vaxtdan didərgin düşənlərin 22 minə çatdığını açıqlayıb.
Dujarric İŞİD-dən azad edilən kəndlərdə yaşayan 25 min nəfərə isə ərzaq, su və dərman yardımı edildiyini bildirib.
Didərgin düşən 22 min nəfərin 10 minini uşaqlar təşkil edir.