Amerikalı Polkovnik Con Dorrian Pentaqondakı jurnalistlərə video konfrans təşkil edib. O, İŞİD əleyhinə aparılan əməliyyatlar haqqında məlumat verib.
"Eurasia Diary" Anadolu agentliyinə istinadən xəbər verir ki, Polkovnik Mosulda İraq ordusuna dəstəyin davam etdiyini bildirib.
Dorrian Mosul əməliyyatının başladığı 17 Oktyabrdan etibarən koalisiya qüvvələrinin 3 mindən çox hava hücumu, artilleriya atışı və raket hücumu təşkil etdiyini bildirib.
Raqqanın azad edilməsi istiqamətində isə 100-dən çox hava zərbəsi həyata keçirildiyini qeyd edib.
Raqqa əməliyyatının qısa müddətdə başlayacağını qeyd edən Dorrian əməliyyatda iştirak edəcək qüvvələrin tam bəlli olmadığını nəzərə çatdırıb.
Dorrian 30-40 min arasında Suriya Demokratik Qüvvələrinin Raqqa uğrunda gedən döyüşlərə qoşulacağını bildirib. Bunların 10 minini Suriya Ərəb Koalisiya qüvvələri təşkil edir.