Pakistan və Hindistan arasında vəziyyət getdikcə gərginləşir.
“Eurasia Diary” CNN-nə istinadən xəbər verir ki, Pakistanın nəzarətində olan Kəşmir bölgəsinin minlərlər sakini evakuasiya edilməyə başlanıb. Pakistan rəsmilərinin verdiyi məlumata görə, Hindistanın atəşkəsi pozması nəticəsində hökumət 8000 nəfəri təhlükəsiz yerlərə köçürüb və köçürülmə siyahısına xeyli sakinin artırılması planlaşdırılır.
Qeyd edək ki, iki qonşu arasında atəşkəs ayladır davamlı olaraq pozulur və hər iki tərəf də xeyli itkilər verib. Sərhəd boyunca vəziyyətin gərginləşməsində hər iki tərəf bir-birini günahlandırır. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Kəşmir Hindistan və Pakistan arasında 70 ildir ki, müzakirə olunan bölgədir. Nüvə silahına malik olan Hindistan və Pakistan arasında Kəşmir bölgəsi bölünüb, həmçinin hər iki qonşu dövlət bu regiona tam nəzarət etmək üçün iki dəfə bir-birinə müharibə elan edib.