Şimali Atlantika hərbi alyansı Hind okeanında piratlara qarşı əsk-hücumları sona çatdırmaq üzrədir.
“Eurasia Diary” New Express-ə istinadən xəbər verir ki, NATO-nun piratlara qarşı “Okeanda Müdafiə” hərbi əməliyyatı 2009-ci ildən bəri fəaliyyət görsədir. NATO-dakı rəsmilərdən alının məlumatlara görə, 2012-ci ildən bu yana Hind okeanında piratların hücumlarında sürətli azalmalar müşahidə olunur. NATO artıq Qara dəniz və Aralıq dənizində hərbi əməliyyatlar missiyasını planlaşdırmaq niyyətindədir. Məqsəd Qara dənizdə Rusiyanın güclənməsinə mane olmaq və Aralıq dənizində isə qaçaqmalçılara qarşı mübarizə aparmaqdır. Hind okeanını nəzarət edən NATO-nun hərbi gəmiləri və təyyarələri tezliklə Qara dəniz və Aralıq dənizinə yönələcək.
NATO-nun sözçüsü Dilan Vyat bəyənatında alyansın gələcək hərbi əməliyyatlarının məqsədini açıqlayıb. “Son illərdə qlobal təhlükəsizlik mühiti sürətlə dəyişməyə başlayıb. NATO Baltik və Qara dənizlərdə hərbi gəmilərini artırıb. NATO həmçinin artıq Aralıq dənizində Şimali Afrikadan insan qaçaqmaqçılığı ilə məşğul olan dəstələrə qarşı əks-hücum əməliyyatlarını genişləndirməyə başlayıb”.