"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, Rus ordusuna aid döyüş təyyarələri Hələbin qərb hissəsindəki Takad mahalında müxaliflərin nəzarətindəki yaşayış yerinə hava hücumu edib. 7 mülki vətəndaş ölüb, 20-si yaralanıb.
7 ev tamamilə dağıdılıb. Dağıntılar altında qalanları çıxartmaq üçün ağır texnikanın köməyindən sitifadə edilir.