Suriyanın Hələb şəhərinin qərbində müxaliflərin nəzarətində olan Ancara mahalında yaşayış yerinə təşkil olunan bombalı hücumda 17 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, hücumu Rusiya ordusuna aid döyüş təyyarəsi həyata keçirib. Ölənlər və yaralananlar arasında qadın və uşaqlar da var.
Dağıntılar altında qalanları çıxartmaq üçün xilasetmə işləri aparılır.
Qeyd edək ki, 15 Noyabrdan bu yana Hələbdə hakimiyyət əleyhdarlarının nəzarətindəki bölgələrə həyata keçirilən hücumlarda 554 nəfər ölüb, 2,196 nəfər yaralanıb.