"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Hələbə humanitar yardım çatdırılması üçün münaqişələrə 7 gün ara verilməsinin tələb olunduğu qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Suriya rejimi və Rusiyanın kəskinləşən hava hücumlarında çoxlu sayda vətəndaşın həyatını itirməsi və Birləşmiş Millətlərin Hələbi "ac şəhər" elan etməsindən sonra İspaniya, Misir və Yeni Zelandiya, qərar layihəsi hazırlayaraq BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib.
Yeni Zelandiyanın BMT Nümayəndəliyindən bildiriblər ki, Hələbə humanitar yardım çatdırılması üçün münaqişələrə 7 gün ara verilməsinin tələb olunduğu layihə bu gün Bakı vaxtilə saat 23.00-da səsverməyə təqdim olunacaq.
Layihənin ilk mərhələsində fasilənin 10 gün-dən 7 günə endirildiyi bildirilib.
Qətnamə layihəsinin taleyi, Əsəd rejiminin müttəfiqi və şurada veto hüququ olan Rusiyanın mövqeyindən asılı olacaq. Rusiya 2011-ci ildən bu yana Suriya məsələsindəki 5 BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə qadağa qoyub.