Suriyada Əsəd rejiminin Hələbdə həyata keçirdiyi təxliyəyə cavab olaraq Fua və Kafarya kəndlərindəki Şiələrin azad edilməsi üçün bölgəyə göndərdiyi 5 avtobus yandırılıb.
"Eurasia Diary" Milliyet-e istinadən xəbər verir ki, avtobuslar İdlibdə yandırılıb. Alov sahə avtobuslarını istifadəyə yararsız hala salıb.
Suriyada İran komandanlığı altındakı Şiə milislər və rejim ordusunun mühasirəsində olan şərqi Hələbdən vətəndaşların evakuasiyası üçün bağlanan yeni müqaviləyə görə, İdlib yaxınlığındakı Fua və Kafaryadakı Şiələr təxliyə ediləcək, ondan sonra Hələbdə təxliyələrə yenidən başlanacaq.
Şərqi Hələbdən təxliyə ediləcək 1200 vətəndaşla birlikdə müxaliflərin əlində olan Fua və Kafarya kəndlərindən də eyni sayda insan təxliyə ediləcək.
Mühasirə altındakı şərqi Hələbdə olan vətəndaşların təxliyəsinə də yenidən başlandığı bildirilir. İlk karvanının İdlibe doğru yola çıxdığı haqda xəbər verilib.