Ombusdman Suriyadakı azərbaycanlıların qayıdışı üçün görülən işlərdən danışdı

Ölkə 15:06 17.12.2024

Suriya ərazisində yerləşən düşərgələrdəki azərbaycanlı uşaq və qadınların ölkəmizə repatriasiyası son illər dəfələrlə həyata keçirilib. Azərbaycan Respublikasının vətəndaşları olan həmin uşaq və qadınlar vaxtilə müxtəlif yollarla Suriya ərazisinə  gediblər.

EDnews xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib ki, Ombudsman tərəfindən xarici ölkədə çətin həyat şəraitində olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır:

“Son illərdə Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsi ilə bağlı Ombudsmana ünvanlanlanan müraciətlər üzrə zəruri tədbirlər görülmüşdür. Həmin ərizəçiləri qəbul edən Ombudsman mövcud problemin araşdırılması, həlli, vətəndaşlarımızın ölkəyə qaytarılması, onlar barəsində məlumatların alınması və dəqiqləşdirilməsi, təxirəsalınmaz humanitar dəstəyin və tibbi yardımın göstərilməsində köməklik göstərilməsi istiqamətində səlahiyyətli qurumlarla əməkdaşlığını davam etdirir”.

 Məlumatda qeyd edilib ki, müraciətlər üzrə aidiyyəti qurumlara göndərilmiş sorğular nəticəsində uşaqların Azərbaycana qayıtması üçün zəruri sənədlərin hazırlanması və digər məsələlər həll edilib:

“Eyni zamanda, ümumilikdə Ombudsman Suriyada qalan vətəndaşlarımızın qaytarılması və onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.

Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə bu istiqamətdə müzakirələr aparılıb. Məlum olduğu kimi, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm olaraq Suriyada saxlanılan vətəndaşların ölkəyə repatriasiyası həyata keçirilir. Ombudsman və onun nümayəndələri müxtəlif vaxtlarda ölkəyə repatriasiya edilmiş həmin şəxslərlə görüşüb, onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb”.

Verilən məlumata görə, repatriantlarla görüş zamanı onların ümumi və psixoloji vəziyyəti qiymətləndirilir, problemləri və ehtiyacları öyrənilir, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilir:

“Repatriantların yerləşdirildikləri müəssisəsi tərəfindən onların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunur. Görüş çərçivəsində, həmçinin repatriantlara Müvəkkilə müxtəlif vasitələrlə müraciət imkanları barədə məlumat verilir. Qeyd edək ki, Ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarından 54-ü uşaq, 16-sı qadın olmaqla 70 nəfərlə görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti öyrənilmişdir. Eyni zamanda repatriantların hüquqlarının təmin olunmasına dair Ombudsmana ünvanlanan müraciətlər üzrə müvafiq qurumlarla əməkdaşlıqda lazımi tədbirlər görülüb. Görülmüş tədbirlər nəticəsində müraciətlərdə qeyd olunan əsasən uşaqların doğum haqqında şəhadətnamələrinin, sosial yardımın verilməsi, psixoloji dəstək xidmətlərinin göstərilməsi və digər bu kimi məsələlər təmin edilib”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Danimarka ordunun müşahidə imkanlarını gücləndirməyə 530 milyon dollar ayırır
08:39 05.07.2025
ABŞ "TikTok"un Çindən alınmaq üçün müqavilə hazırlayıb
08:07 05.07.2025
Makqreqor Ağ Evdəki UFC döyüşündə iştirak etmək istəyir
07:34 05.07.2025
Klublararası dünya çempionatının 1/4 final matçları məlum oldu
07:07 05.07.2025
İşə düzəlmək istədi,5000 manatı oğrulandı
06:34 05.07.2025
Brüs Li muzeyi qapılarını bağlanır
06:07 05.07.2025
Qulaqcıq taxanlar bunu oxumalıdır
05:34 05.07.2025
Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Ermənistan Rusiyaya nota verdi
19:28 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Hamısı