"Seçki bülletenlərinin çapına başlanılıb"

Ölkə 11:38 11.01.2025

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

"EDnyus" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.

Media nümayəndələrinin bilavasitə iştirakı ilə çap prosesinə baxış zamanı Mərkəzi Seçki Komissiyasının sədri diqqətə çatdırıb ki, vətəndaşların konstitusion hüquqlarının realizə olunmasındakı mühüm rolu nəzərə alınaraq, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada seçki bülletenlərinin çapı başa çatdırılmalı, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmalıdır. Sədr M.Pənahov, həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib.

Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi də keçirilib. Həm çap prosesi, həm də ümumilikdə bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə danışan Komissiya sədri qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkiləri ilə əlaqədar 6052721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin çap olunmasına qərar verilib. O bildirib ki, artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə yekunlaşmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb və seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, ardınca dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcəkdir.

Mərkəzi Seçki Komissiyasının sədri, eyni zamanda vurğulayıb ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə maraqlı subyektlər üçün tam açıq və şəffaf həyata keçirilir.

Brifinqin sonunda sədr Məzahir Pənahov jurnalistlərin suallarını da ətraflı cavablandırıb.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Hamısı