Sumqayıt və Xırdalana metro çəkiləcək

Ölkə 12:39 14.01.2025

“Cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq yaxın illərdə Bakı metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar arasında Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və “Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metropolitenin mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”.

"EDnyus" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumatda bildirilir  ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və şəhər mobilliyinin inkişafında mühüm rol oynayan Bakı metropoliteninin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Proqramda şəhərin cari və gələcək inkişaf tələbləri nəzərə alınaraq metropolitenin digər nəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət ayrılır. Xüsusilə Yaşıl və Bənövşəyi xətlərin inkişaf etdirilməsi ilə nəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsi əsas məqsədlərdən biridir.

Qeyd olunub ki, son illərdə Bakı metropoliteninin müasirləşdirilməsi sahəsində də irəliləyişlər əldə olunub.

“COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və nəticədə yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlər təmin edəcək. Dövlət dəstəyi ilə həyata keçirilən bu layihələrdə dünya təcrübəsindən öyrənilən modellər də tətbiq olunur. Avropa İnvestisiya Bankı ilə imzalanmış memorandum isə metropolitenin genişləndirilməsi və 10 yeni stansiyanın tikintisi üzrə davamlı investisiya təminatı üçün mühüm addımlardan biridir.

Bakı metropoliteninin müasirləşdirilməsi təkcə şəhərin nəqliyyat sisteminin deyil, həm də onun dayanıqlı və yaşıl inkişaf siyasətinin əsas sütunlarından biridir. Yaxın illərdə bu sahədə dinamik irəliləyişlərin müşahidə olunacağı gözlənilir. Bütün yeniliklər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”, – deyə “Bakı Metropoliteni”ndən bildirilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı