Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə mayın 17-də Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək.
“EDnews” xəbər verir ki, tədbirin əsas məqsədi torlu qişa (retina) xəstəlikləri sahəsində aparılan elmi-tibbi tədqiqatların müzakirəsi, bu sahədə əldə olunan nailiyyətlərin paylaşılması, eyni zamanda, regionlarda fəaliyyət göstərən retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxış imkanlarının artırılmasıdır. Konfrans, həmçinin həkimlər arasında təcrübə mübadiləsini təşviq etməyi və peşəkar əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Fatimə Mərdanlı //EDnews