Xalq artisti Amaliya Pənaova onun yeni görünüşünü tənqid edənlərə sərt reaksiya verib.
ARB-də yayımlanan “Günə son” verlişinə qonaq olan xalq artisti bunları deyib: “Sən hansı ixtiyarla müəllimə, siyasətçiyə, ictimai xadimə, aktyora zəng edib deyirsən ki, sifətini niyə əməliyyat etdirmisən? Sənin nə işinə qalıb, mənim sifətim necədir? Xoşuna gəlmir baxma. Sən mənə dərs deyəcəksən? Sən mənə həyatı öyrədəcəksən? Sən mənə necə yaşamağı öyrədəcəksən? Sən kimsən?! Gülməlidir! Onlar özlərini alçaldırlar, məni yox. Mən həmişə tamaşaçılarıma minnətdar olmuşam”.