Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Hövsan Mədəniyyət sarayı” acınacaqlı vəziyyətdədir.
Ednews xəbər verir ki, Cəbrayıl Xanməmmədov küçəsi 67 ünvanında yerləşən, 1967-ci ildə tikilən bu mədəniyyət ocağı illərdi təmirsiz qalıb.
2021-ci ildə təmir işlərinə başlanılsa da işlər yarımçıq qalıb. Bir vaxtlar insanların axışdığı bu yerdə indi sükunətə qərq olan köhnə bir xalarablıq var.
Mədəniyyət sarayının qarşısında zir-zibillik də gözə çarpır. Binanın böyük bir hissəsi dağılmış, pəncərəli qırıq, tavanı isə uçuq-sökük vəziyyətdədir.
Mədəniyyət sarayına bu cür münasibət mədəniyətsizlikdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunur ki, əvvəllər Mədəniyyət sarayı Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin (Keçmiş "Nord" EİB) balansında olub. Hazırda isə sözügedən qurum Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərir.
Mədəniyyət sarayının hazırkı görüntülərini təqdim edirik:
Oğuz