Qazaxıstanda Azərbaycanla bağlı üç kitab çapa hazırlanıb

Mədəniyyət 16:15 02.03.2018

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubiley tədbirləri çərçivəsində Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ilk dəfə qazax dilində Cümhuriyyət ilə bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin toplandığı yeni bir kitabı çapa hazırlanır. Bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.

Akademiya rəhbərinin sözlərinə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdən nüfuzlu alimlərin məqalələri də yer aldığı kitabda AXC-nin o dövrdə Mərkəzi Asiyada mövcud olan muxtariyyətlərlə, o cümlədən, Türküstan Milli Muxatriyyəti və Alaş Orda dövləti ilə əlaqələrinə də yer veriləcək.

D.Kıdırali qeyd edib ki, qazax dilində indiyədək AXC ilə bağlı dolğun məlumatların əks olunduğu bir mənbə yox idi. Ona görə də, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini əsas götürərək, bu sahədə olan mövcud boşluğun doldurulması üçün belə bir kitabın hazırlanmasına qərar verilib.

Bu sırada, Azərbaycan alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin 100 ilinə həsr olunan seminar da təşkil olunacaq və iyun ayın 18-də Qazaxıstanda keçiriləcək III “Böyük Çöl” Humanitar Forumunun bir paneli bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr ediləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət”sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May Respublika günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.

Bununla bərabər, türk dünyasının böyük dövlət xadimi Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Türk dünyası” kitabı da may ayınadək qazax oxucuların ixtiyarına veriləcək. Yeni kitabda Ulu öndərin həyat və fəaliyyəti, onun türkdilli dövlətlərə səfərləri, iki və çoxtərəfli formatda görüşləri yer alır. Eyni zamanda, kitabda ümumilli liderin türk xalqlarının ortaq dəyərləri ilə bağlı qiymətli fikir və çıxışları, türkdilli dövlətləri əhatə edən təşkilatların formalaşdırılması və türk xalqlarının inteqrasiyasına töfhəsi kimi mövzular əksini tapır.

Layihə ulu öndərin yubiley tədbirləri çərçivəsində Bakıda və Astanada təqdim olunacaq.

TWESCO-nun həyata keçirdiyi digər bir layihə “Azərbaycan ədəbiyyatı antologiyası”dır. Layihədə 20-dək azərbaycanlı şair və yazıçının qazaxcaya tərcümə olunmuş əsərləri yer alır.  Akademiya rəhbərinin sözlərinə görə, türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq, “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap ediləcək.

Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alır.

Eyni zamanda, bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairin Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq, 2018-ci il Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlofili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Bunula bərabər, Beynəlxalq Türk Akademiyası tərəfindən dünya elmi və mədəniyyətinə töfhə vermiş nüfuzlu türk alimlərinin yer alacağı “100 böyük türk” layihəsi üzərində də iş aparılır.

TWESCO-nun rəhbərliyi altında 26 ölkədən 130 tədqiqatçının iştirakı ilə hazırlanan “Təhlükədəki Türk dilləri” dördcildliyi isə bu ilin 30 aprel tarixində UNESCO-nun Parisdəki mərkəzində təqdim olunacaq. 

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
Hamısı