"Prezidentin məni təltif etməsindən qürur duyuram"

Mədəniyyət 18:58 02.08.2018

Azərbaycan Kinosu Günü - Kino işçilərinin peşə bayramı mənim ən sevimli bayramlarımdan biridir. Uşaqlar anadan olduğu günü səbirsizliklə gözlədiyi kimi bütün kino işçiləri də bu tarixi böyük həyəcanla gözləyir. Çünki bu bayramın yeri kino işçiləri üçün xüsusidir. Həmişə deyirəm ki, 2-ci sinifdən Azərbaycan kinosuna qulluq edirəm. Azərbaycan Kinostudiyasında dublyaj şöbəsində filmləri səsləndirməyə 2-ci sinifdən başlamışam. İlk filmim “Kor musiqiçi” olub. Bu filmdə musiqiçinin uşaqlığını mən, atasını rəhmətlik Ələsgər Ələkbərov, anasını isə Hökümə Qurbanova dublyaj etmişdi. Kinoda işimi elə böyük sənətkarlarla başlamışam ki, sənətimi ilk gündən sevmişəm. Bu sahədə nəyəsə nail olmaq ən böyük arzum olub.

Eurasia Diary-nin publika.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Prezident İlham Əliyevin Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülən Əməkdar artist, rəssam və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə deyib. Tanınmış incəsənət xadimi bildirib ki, “Tərəqqi medalı” ilə təltif olunmasından qürur duyur. Daha sonra aktrisa dövlət başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirilib:

“Kino xadimlərinə göstərdiyi qayğıya görə, Cənab Prezidentimizə təşəkkür edirəm. Sevinirəm ki, yaddan çıxmamışam və tərəqqi medalı ilə təltif edilmişəm.

Türk dünyası mədəniyyətinə verdiyim töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərimə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru" adına, Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülmüşəm. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilmişəm. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bunlar xarici ölkələrin təqdim etdiyi mükafatlardır. İlk dəfədir ki, Azərbaycanın medalına layiq görülmüşəm və bu, mənim üçün qürurverici hadisədir. Kino xadimləri üçün ən qiymətli, ən dəyərli və ən əziz hədiyyə əməyinin öz ölkəsində qiymətləndirilməsidir”.

S.Bağırzadə son illərdə filmlərə az-az çəkilməsinin səbəbini isə belə izah edib:

“Aktyorlara rolu rejissorlar təklif edir. Rol onlara uyğun olarsa, çəkilməyə razı olurlar. Məsələn, 2015-2016-cı ildə rejissor Ülviyyə Könülün çəkdiyi “Həyat sən nə qəribəsən” serialında baş rollardan birində çəkilmişdim. Daha sonra “Zaman qatarı” adlı filmdə oynamışam. Sadəcə çoxu kommersiya filmləri olduğundan televiziya kanallarında çox göstərilmir. Artıq elə yaşdayam ki, mütləq ssenarini oxuyub qərar verməliyəm. Rolun böyük və kiçikliyindən asılı olmayaraq, ssenari məni qane edərsə, çəkilirəm. Əsas odur ki, obraz ürəyimcə olsun”.

Kinomuzun bugünkü vəziyyətdən ümidlə danışan aktrisa sözlərinə onu da əlavə edib ki, aktyorlar arasında gənc istedadlar çoxdur:

“Gənc aktyor və rejissorlarımız arasında istedadlılar çoxdur. Sadəcə onlarla işləmək lazımdır. Kino sahəsi bütün dünyada çox inkişaf edib. Yaxşı olardı ki, gənc aktyorlarımız xarici ölkələrdə təhsil alsınlar, ustad dərsləri götürsünlər və ya kino kurslarına getsinlər. Yaxşı tələbənin mütləq yaxşı müəllimi olmalıdır. Bizim nəslin nümayəndələrinin əksəriyyəti dünyasını dəyişib, çox az qalmışıq. Lakin biz bacardığımız qədər cavanlara dəstək oluruq. Ola bilməz ki, yenidən əvvəlki kimi baxmaqdan doymadığımız filmlər çəkilməsin. Azərbaycanda əvəzolunmaz insanlar çoxdur, amma gəncləri də onları səviyyəsinə çatdırmaq lazımdır. Heç nə göydən düşmür, nə isə qazanmaq üçün əziyyət çəkməlisən”.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Hamısı