ABŞ-da yaşayan qarabağlı memar-rəssam

Mədəniyyət 09:51 10.04.2019
Daxilən zəngin adamları gözlərindən tanımaq olur. Belə insanların heç zaman dilə gətirməyəcəkləri fikir və düşüncələrini baxışlarından duyub anlayırsan. Əbəs yerə, "gözlər qəlbin aynasıdır", deməyiblər ki. Mən o aynada dərdə, qəmə boyun əyməyən, həyatın çətin imtahanlarından alnıaçıq, üzüağ çıxan bir xoşbəxt insanı gördüm.
 
Öz mənəvi dünyası var. Haqq, ədalət, dürüstlük, xeyirxahlıq bu dünyanın əsas meyarlarıdır. Heç vaxt heç nəyə təəssüflənmir, çünki qərar verdiyi an şəraitə uyğun qənaətə gəlir. Yalan danışan adamlar gözünün düşmənidir. İnsanda yüksək dəyərləndirdiyi keyfiyyət isə imkansıza təmənnasız yardım etməsidir. Başladığı işi sona çatdırmasa rahat ola bilmir. Yaxın dostlarına hədiyyə verməyi xoşlayır.

Ötən əsrin 60-70-ci illərində çəkilmiş Azərbaycan bədii filmlərində səslənən mahnılara, eləcə də muğamlarımıza qulaq asmaqdan yorulmur. Alim Qasımovun, Aygün Bayramovanın, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın ifasında muğam dinləyərkən xüsusi zövq alır.

Deyir ki, "Qarabağ mənim yaralı yerimdir. Gecələr yuxularımda doğulduğum Ağdamı görəndə ürəyim tir-tir əsir. İnşəallah torpaqlarımız işğaldan azad olsun, bölgədəki rayonların yenidən qurulmasında öz layihələrimlə iştirak etməyə hazıram". 



Haqqında söhbət açdığım memar-rəssam Yavər Rzayev 1962-ci ildə Ağdam rayonunda dünyaya gəlib. 1979-cu ildə orada 6 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. 1983-cü ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakultəsinə qəbul olunub. İki il sonra təhsilini davam etdirmək üçün onu keçmiş Çexoslavakiyanın Bratislava şəhərindəki Ali Texniki Universitetə göndəriblər. Orada dörd il oxuyaraq memar-mühəndis ixtisasına yiyələnib. 1989-1991-ci illərdə həmin universitetin memarlıq layihəsi kafedrasında müəllim işləyib. 

1991-1996-cı illərdə Meksikada yaşayıb. Orada həm memarlıq edib və həm də restoran işlədib. 1996-cı ildə doğma vətənə, Bakıya dönüb. 2000-ci ildə Amerikaya gələnədək Bakıdakı restoranlardan birinə rəhbərlik edib. ABŞ-a köçdükdən sonra isə il yarım Vaşinqtondakı restoranlardan birində çalışıb. Sonradan "The Gate House" adlı tikinti və memarlıq şirkəti yaradıb. Hazırda həmin şirkətə rəhbərlik edir. 



2006-cı ildən ABŞ-ın yay paytaxtı sayılan Delever ştatının kurort şəhəri Rehoboz Biçdə yaşayır. Rəhbərlik etdiyi şirkət imkanlı amerikalılar üçün fərdi villaların tikintisi ilə məşğul olur. 

Bir oğlu var, adı Emildir. 27 yaşlı bu gənc Meksika Dövlət Universitetinin musiqi və bəstəkarlıq fakultəsini bitirib. Hazırda magistraturada təhsil alır. Yeri gəlmişkən, Emilin diplom işi muğam, Azərbaycan klassik bəstəkarlarının musiqisi mövzusunda olub. 

Yağlı boya ilə kətan üzərində gözəl rəsmlər çəkir. İndiyədək ABŞ-ın bir sıra böyük şəhərlərində sərgiləri də keçirilib. Bu sərgilərdən bəzilərini Azərbaycanın ABŞ-dakı səfirliyi təşkil edib. İndiyədək ən baha satdığı əsər isə otuz min dollar civarında olub. Əsərlərinin bir çoxu Qarabağ mövzusundadır. Tarixi, sənədli filmləri seyr etməyi, məşhur rəssamların, sənət adamlarının həyat və yaradıcılığı haqqında elmi məqalələr oxumağı xoşlayır. İdmanın üzgüçülük növü ilə mütamadi məşğul olur. Böyük tennis oynamaqdan zövq alır. 



Sözü bütov, zəngin dünya görüşlü, müdrik, işgüzar insandır. Dostlarının çoxu amerikalılardır. Evində məclislər təşkil edib tez-tez onları qonaq edir. Azərbaycan mətbəxinin təamlarını, mədəniyyət nümunələrimizi dostlarına sevdirməyə çalışır. "Əgər daha böyük uğurlara imza atmaq istəyirsənsə amerikalılara qaynayıb-qarışmağı bacarmalısan. Onda bütün qapılar üzünə açılmış olacaq"- söyləyir. 

Söhbətimin əvvəlində əbəs yerə gözlərdən söz açmamışdım. Bəli, onun gözlərinin dərinliyində bir nisgil də gördüm, Qarabağ nisgili. Bu nisgil onu Amerikada da rahat buraxmır. 



Elman Eldaroğlu, 
ABŞ, Miçiqan 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Hamısı