Bu gün “Avroviziya-2019”un ilk yarımfinalıdır | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Bu gün “Avroviziya-2019”un ilk yarımfinalıdır

Mədəniyyət A- A A+

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayacaq. 

Eurasia Diary Modern.az-a istinadla xəbər verir ki, yarımfinallar Təl-Əvivdəki Sərgi mərkəzində mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir. Çingiz Mustafayev ikinci yarımfinalda “Truth”  (“Həqiqət”) mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifdir. İctimai Televiziya ilə yayımlanacaq “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni Xalq artisti Faiq Ağayev elan edəcək. Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

Qeyd edək ki, 1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi “Ginnes”in Rekordlar kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...