"Əgər AzTV-nin “qara siyahı”sında deyiləmsə, məni canlı yayıma dəvət etsinlər...”

Mədəniyyət 11:59 07.08.2019
Bir neçə gün öncə Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev "ayna.az"a müsahibəsində bildirmişdi ki, televiziya kanalları onun adını “qara siyahı”ya salıblar. C.Quliyev, həmçinin qeyd etmişdi ki, Azərbaycan Dövlət Televiziyasından ona bir müddət əvvəl iş təklif olunub, ancaq sonradan bəstəkara bəlli olmayan səbəblərdən təklif geri çəkilib.
 
Bəstəkarın bu ittihamlarına AzTV-dən cavab verilib. Bildirilib ki, AzTV-dən Cavanşir Quliyevə heç bir müraciət olmayıb və yaxud bundan imtina olunmayıb. O da qeyd olunub ki, bəstəkara heç bir qadağa yoxdur, verilişlərdə Cavanşir Quliyevin repertuarına yer verilir. 
 
C.Quliyev "ayna.az"a yenidən açıqlama verərək AzTV-nin rəsmi mövqeyinə münasibət bildirib: “Mən tamaşaya musiqi yazmağımın təklif edilməsini sübut edə bilərəm. Bu sübut internet üzərindən mənə göndərilmiş məktubdan və içərisinə əlavə edilmiş pyesdən ibarətdir. O məktub mənə 10 iyunda tamaşanın rejissoru tərəfindən göndərilib. İyun ayının 18-də “WhatsApp” üzərindən danışmışıq, həmin qeydlər də qalır”.
 
“AzTV bəyan edir ki, rəsmi müraciət etməmişik. Bununla da tamaşaçıları, oxucuları məsələdən yayındırır. Demək istəyirlər ki, mənimlə tamaşaya musiqi yazılışı ilə bağlı rəsmi müqavilə imzalanmayıb. Əslində isə müqavilə tamaşa efirə getməmişdən 2-3 gün öncə imzalanır. Mən orada illərlə işləmişəm, heç vaxt əvvəlcədən müqavilə imzalanmayıb. Mənə cavab vermək naminə, bu formal prosesdən yapışıb, deyirlər ki, rəsmi müraciət etməmişik. Bəs qosqoca telekanalın birlik rəhbəri, onlarla işçinin fəaliyyətini tənzimləyən məmur rəsmi adam deyilmi? Bəli, rəsmi müraciət olunmayıb, çünki buna icazə verilməyib” – deyə bəstəkar vurğulayıb.
 
Müsahibimiz AzTV-də onun əsərlərindən istifadə edilməsi məsələsinə də aydınlıq gətirib: 
 
“Televiziyanın bəyanatında deyilir ki, “Cavanşirin əsərlərini, adətən proqramlarda istifadə edirik”. Bəli, köhnə əsərlərimdən istifadə edirlər, ancaq deyə bilməzlər ki, son dəfə hansı yeni əsərimdən istifadə ediblər. Heç kim deyə bilməz ki, mənim yeni əsərimdən istifadə olunub”.
 
“Yenə bəyan edirəm, mən Azərbaycan Dövlət Televiziyasının “qara siyahı”sındayam, əgər belə hesab etmirlərsə, məni canlı yayıma dəvət etsinlər” – deyə Əməkdar incəsənət xadimi qeyd edib.
 
Qeyd edək ki, bəstəkarın səsləndirdiyi ittihamlara AzTV-nin "Sabah” Yaradıcılıq Studiyasının rəhbəri Şərif Qurbanəliyev də münasibət bildirib.
 
Ş.Qurbanəliyev sözlərinə görə, C.Quliyevə müraciət etmək onun şəxsi təşəbbüsü olub: 
 
“Məndə filmin ideyası yarandığı vaxt bəstəkar Cavanşir Quliyevə müraciət edim. Bu barədə söhbətlərimiz oldu. Soruşdum ki, filmi çəkəcəyim halda o mənə yardım edəcəkmi? Lakin o vaxt bu, hələ mənim şəxsi təşəbbüsüm idi və  filmin istehsala buraxılması sual altında idi. Onunla aramızdakı söhbət sadəcə yaradıcılıq müzakirəsi idi. Bu, bəstəkarımıza hansısa işin həvalə olunması və sonradan ondan imtina edilməsi anlamına gələ bilməz”.
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Hamısı