Mədəniyyət: Suk Ukaz-13 festivalı çərçivəsində “ Orta Asiyada Ərəb dili” mövzusunda simpozium keçirilmişdir

Mədəniyyət 12:55 28.08.2019
Mədəniyyət: Suk Ukaz-13 festivalı çərçivəsində “ Orta Asiyada Ərəb dili” mövzusunda simpozium keçirilmişdir
Taif. 27 Zilhiccə 1440h. 28 Avqust 2019m. Səudiyyə Xəbər Agentliyi
 
Orta Asiyanın dörd dövlətindən olan elm xadimləri öz ölkələrində Ərəb dilinin  getdikcə geniş yayılması və onun öyrənilməsinə tələbatın günü-gündən artması barədə danışdılar. Bunun da başlıca səbəbi bu ölkələrin İslam dini ilə bağlılığıdır. 
 
Bu fikirlər  bu günlərdə Taif  Universitetinin təşkilatçılığı ilə hicri 1440-cı il Suk Ukaz-13 festivalı çərçivəsində keçirilən və Kral Abdulla ben Əbdüləziz adına Beynəlxalq Ərəb dilinə xidmət mərkəzinin direktoru Doktor Abdulla əl-Vəşminin  idarə etdiyi “ Orta Asiyada Ərəb dili” mövzusunda simpozium zamanı səslənmişdir.Simpoziumda Səudiyyə Ərəbistanının nüfuzlu xəbər portalları:aleqt.com,royatwatan.com,alweeam.com.sa və spa.gov.sa  iştirak etmiş ve geniş şəkildə işıqlandırmışlar.
 
Doktor Dina Asincan Ərəb dilinin elmi və mədəni əlaqələrdə bir vasitə olduğunu qeyd edərək demişdir ki, o, əzbərlədiyi 6 müəlləqə (cahiliyyə dövrü ərəb poeziyasında janr-Z.Q.) sayəsində  Ukazın mahiyyətini dərk edə bilmişdir.  
O həmçinin demişdir ki, Qazaxıstanda Ərəb dili barədə danışanda deməliyik  ki, bizim cəmiyyətdə onun öyrənilməsinə olan tələbat bir-neçə səbəbdən irəli gəlir, bunlardan ən önəmlisi onun Qurani Kərimin dili olmasıdır,  dünyanı   vahid bir rəqəmsal məkana çevirən  “qloballaşma” dövründə  mədəniyyət və maarif dilidir. Bu həm də Ərəb dilinin tədrisinin önəmini artırır, xüsusilə, dil insanların başqa ölkələrə səyahəti zamanı onlara yardımçı olur. 
 
Məşhur Azərbaycanlı ərəbşünas Doktor Ülviyyə Hüseynova qeyd etdi ki, son zamanlar Azərbaycanda  əhalinin Ərəb dilinin öyrənilməsinə təlabatının artması müşahidə edilir. Ülviyyə xanım Azərbaycanda bu  dilin  tədrisi tarixinin ölkənin İslam mədəniyyətinə qovuşması ,  Ərəb dilinin istifadə dairəsinə daxil olması, bu prosesin cəmiyyətin bir çox sosial, iqtisadi, fikri və mədəni sahələrini əhatə etməsi ilə başlandığını  bildirərək,  demişdir: “Ərəb dilinin tədrisi kurslarının təşkili sayəsində səylərimizi artırırıq”. O həm də qeyd etdi ki, İslam amili orta əsrlər dövründə Azərbaycanda önəmli tarixi rol oynamışdır, Ərəb dili geniş bir ərazidə ünsiyyət vasitəsi olmuş,  elm adamları  bu dillə bağlı tərcümə işlərində iştirakla    onun  təşviqinə yardımçı olmuşlar.
 
Doktor Əskər Salamov da qeyd etdi ki, Ərəb dili bütün dünyada yayılmışdir, başqa dünya dillərilə yanaşı öz səviyyəsi, inkişafı və əhatəliyi ilə seçilir. Onun fikrincə, Ərəb dilinin dünyada geniş şəkildə yayılmasına  və onun inkişaf səviyyəsinə ən bariz dəlil ərəb olmayan ərəbşünas elm adamlarından ibarət nümayəndə heyətlərinin öz ölkərəində Ərəb dilinin yeri barədə söhbət açmasıdır. O həmçinin bildirdi ki, Tacik xalqı Ərəb dilini böyük həvəslə öyrənir, xüsusilə qeyd etdi ki, Tacik dilində  işlədilən sözlərin 40%-ə qədəri Ərəb dilindən alınmışdır.  
 
Doktor Əbdültahir Qəlbəyev Qırğızıstan Respublasında tələbələr üçün nəzərdə tutulan tədris proqramlarında Ərəb dilinin geniş təmsil olunmasından danışıb bildirdi ki, bu proqramlar ali təhsil, ixtisas artırma , könüllü tədris, praktik tətbiq, əxlaqi tərbiyyə  və  riyazi əyləncə səviyyələrini əhatə edir, bundan əlavə Ərəb dili ilə bağlı müsabiqələr və təntənəli tədbirlər də həyata keçirilir.
Əbdültahir Qəlbəyev həmçinin bildirdi ki, son beş il ərzində ərəb ölkələrindən Qırğızıstan Respublikasına  gələn turistlərin sayında böyük artım nəzərə çarpır. Respublikanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin verdiyi məlumatlara əsasən demək olar ki, 2018-ci ildə ərəb ölkələrindən gələn turistlərin sayı  təqribən 8 min nəfər olmuşdur.  
Əbdültahir Qəlbəyev simpoziumun sonunda bir daha vurğuladı ki, ərəb turistlərinin sayında bu artım Qırğızıstanda ərəb dilinə olan marağın artmasına səbəb olur, belə ki iri şəhərlərdə fəaliyyət göstərən Ərəb dilinin tədrisi kursları onu öyrənmək istəyənlərlə doludur.
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı