Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Eurasia Diary xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Allahverdiyev Vasif Kərim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu
“Əməkdar incəsənət xadimi”
Xalıqzadə Fəttah Xalıq oğlu
Rəcəbov Oqtay Məmmədağa oğlu
“Əməkdar artist”
Butenko İqor Leonidoviç
Pyatkin Nikolay Aleksandroviç
“Əməkdar müəllim”
Göyçayskaya Səidə Oqtay qızı
Hüseynova Rüxsarə Hüseyn qızı
Yaqubova Nazilə Mir Teymur qızı.
***
Prezident İlham Əliyevin digər sərancamı ilə aşağıdakı şəxslərə Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:
Dadaşov Ağa Dadaş Hacı Bala oğlu
Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.
***
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə Babayev Mobil Rəşid oğlu və Qasımova Ruhəngiz Nağı qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.