Alim Qasımovdan Sami Yusifin “Sığmazam”ına - MÜNASİBƏT | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Alim Qasımovdan Sami Yusifin “Sığmazam”ına - MÜNASİBƏT

Mədəniyyət A- A A+

Tanınmış xanəndə Alim Qasımov Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı və böyük rezonansa səbəb olan mötəşəm kompozisiyasına münasibət bildirib.

Eurasia Diary axar.az-a istinadən bildirir ki, Alim Qasımov açıqlamasında Sami Yusifin geniş pərəstişkar auditoriyası olan, sevilən sənətkar olduğunu bildirib.

"Hər ikimiz səhnədən öz istəyi, eşqi olan insanlarıq. Bəlkə də bu əsərə fərqli tərzdə yanaşa bilərdik. Odur ki, addımını alqışlayıram. Başqa sənətkarın arzusu ilə ifamı çərçivələyə bilmərəm. Lakin bilmək olmaz, bəlkə gələcəkdə dövlətimiz elə bir layihə təşkil edəcək ki, səhnədə birgə yer alacağıq", - xanəndə deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...