Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Özbək dilində Daşkənddə çapdan çıxıb

Mədəniyyət 15:12 18.10.2019

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, Şərq ədəbiyyatının  korifey mütəfəkkiri Nizami Gəncəvinin Xəmsəsinə aid “Yeddi gözəl” əsəri Daşkənddə çapdan çıxıb.

Eurasia Diary xəbər verir ki, nəşrin tərcüməçisi Özbəkistanın xalq şairi, tərcüməçi Camal Kamal, layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, məsləhətçiləri Özbəkistan Milli Elmlər Akademiyasının bölmə müdiri, professor İbrahim Haqqulov və Azərbaycanlı alim, filologiya elmləri doktoru Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmməd-zadədir.

“Nizaminin qocalmayan gözəlləri” adlı ön sözdə akademik Rafael Hüseynov Şərq intibahının ən müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaratmış bütün şairləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, heç bir qələm sahibi özündənsonrakı ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməmişdir. Akademik vurğulayır ki, Nizami pak və təmənnasız məhəbbətin cazibədar mənzərələrini daha əvvəlki məsnəvilərində – “Xosrov və Şirin”, “Leyli və Məcnun”da vəsf edib, növbəti əsəri “Yeddi gözəl” əsərində isə həmin xətti davam etdirir, antik və müsəlman mütəfəkkirlərinin mülahizələrini təzədən işləyib, öz sələflərinin təlimlərindən tamamilə fərqlənən, keyfiyyətcə yeni məhəbbət konsepsiyası yaradır. Tanınmış alim R.Hüseynov Nizami təxəyyülünün bəhrəsi olan və “Həft peykər”i bəzəyən novellaların hər birinin emosional gücü, mükəmməlliyi, xarakterlərin təsvirinin parlaqlığı baxımından bu janrda dünya ədəbiyyatının ən diqqətəlayiq inciləri ilə eyniləşdirir.

Sonda Nizami Gəncəvinin Özbək ədəbiyyatına təsiri, Əlişir Nəvainin dahi Nizamidən  bəhrələnərək türk dilində “Xəmsə” yaratması, tarixin müxtəlif sınaqlarından çıxmış Azərbaycan-Özbəkistan dostluğunun, ənənələrin davam etdiyi vurğulanır və dahi şairimiz Nizaminin bu gün Azərbaycanda olduğu qədər Özbəkistanda sevildiyi qeyd olunur.

Özbək dilində hazırlanmış nəşrdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə aid saxlanılan miniaturlar  verilmişdir.

Qeyd edək ki, Nizami Gəncəvinin “Xəmsə”sinə aid olan beş əsərin Özbək dilinə tərcüməsi ilə bağlı 2015-ci ildə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetində Özbəkistanın Xalq Şairi Camal Kamalla Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında müqavilə imzalanmış və ötən beş ildə dahi şairin əsərləri bütövlükdə Özbək dilinə çevrilmiş, Daşkənddə nəşr edilmişdir. S.Abbasov Azərbaycan və dünya ədəbiyyatının  unikal incisi olan Nizami Gəncəvinin “Xəmsə”sinin Özbək dilinə tərcüməsi və nəşrinin qardaş ölkə ictimaiyyəti arasında rəğbətlə qarşılancağını və gələcəkdə Nizami irsinin öyrənilməsi, tədqiqi istiqamətində yeni imkanların açacağını ümid etdiyini bildirib. Nizami Gəncəvi şəxsiyyətinin, irsinin bir daha Azərbaycan xalqının istedadını, böyük mədəniyyət, ədəbiyyat yaratdığını  söyləyən  S.Abbasov onun Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını və misilsiz poemalar yaratmaqla Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına töhvələrini qeyd edib.

Nəşrin Özbəkistan və Azərbaycanda təqdimat mərasimlərinin keçiriləcəyini qeyd edən S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin bütövlükdə Özbək dilinə tərcüməsi layihəsinin başa çatdığığını və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu nadir əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq göndəriləcəyini bildirib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı