“Parni iz Baku”nun üzvləri “Nə? Harada? Nə zaman?”da iştirak etdilər | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


“Parni iz Baku”nun üzvləri “Nə? Harada? Nə zaman?”da iştirak etdilər

Mədəniyyət A- A A+
“İctimai” televiziyada (İTV) yayımlanan Rusiya, eləcə də MDB məkanının ən populyar intellektual  “Nə? Harada? Nə zaman?” verilişinin budəfəki iştirakçıları “Şən və Hazırcavablar Klubu”nun məşhur üzvləri olub.
 
Eurasia Diary "oxu.az"a istinadən xəbər verir ki, verilişdə qonaq olan 20-ci əsrin çempionları “Parni iz Baku”nun ayrılmaz üzvləri Oleq Blank, Azər Məmmədzadə, Emil Abbasov, Bəhram Bağırzadə, Mehdi Mirsəlimov və Teymur Vaynşteyn yüksək intellektual biliklərini oyunda nümayiş etdiriblər.
 
İstər asan, istərsə də çətin sualların öhdəsindən asanlıqla gələn məşhurlar qonaqları, eləcə də tamaşaçıları təəcübləndirməyi bacarıblar.
 
“Parni iz Baku”nun üzvləri yumor və zarafatları ilə də oyuna rəng qatıblar.
 
“Nə? Harada? Nə zaman?” verilişinin budəfəki musiqili qonağı isə Xalq artisti Aygün Kazımova olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...