Moskvada Nəsiminin abidəsinin açılışı olub | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Moskvada Nəsiminin abidəsinin açılışı olub

Mədəniyyət A- A A+
Rusiyanın paytaxtı Moskvada Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin açılışı olub.
 
Eurasia Diary-nin xəbərinə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.
 
Abidənin müəllifi heykəltəraş Aydın Zeynalovdur.
 
Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan edilib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...