TÜRKSOY-dan xüsusi diqqət - Mükafatlar yalnız Qarabağdan yazanlara veriləcək | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


TÜRKSOY-dan xüsusi diqqət - Mükafatlar yalnız Qarabağdan yazanlara veriləcək

Mədəniyyət A- A A+

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar Kərimov arasında görüş keçirilib. 

Eurasia Diary Mədəniyyət Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın TÜRKSOY-la sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir ortaq mədəni irsimizi dünyaya tanıdan TÜRKSOY-un ölkəmiz üçün dəyərli təşkilat olduğunu, Azərbaycanın bundan sonra əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən söz açan D.Kaseinov qeyd edib ki, gələn ildən təşkilata üzv ölkələrin də dəstəyi ilə bu layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika Avropanın “mədəniyyət paytaxtı” layihəsində də var. Mədəniyyət paytaxtı şəhərlərindən bir türk dünyasının şərqindən, biri qərbindən ola bilər.

Baş katib həmçinin bildirib ki, TÜRKSOY-un ənənəvi mətbuat mükafatlarını bu il Qarabağdan yazan türk dünyası jurnalistlərinə verməyi qərara alıblar. D. Kaseinov təklif edib ki, mükafatlandırma mərasimi Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin.

A.Kərimov təklifin dəyərləndiriləcəyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...