Avropa Yayım Birliyi bildirib ki, Belarus “Eurovision-2021” mahnı müsabiqəsinə buraxılmayacaq. Buna səbəb kimi ölkənin təqdim etdiyi yeni mahnının da müsabiqənin qaydalarına uyğun gəlməməsi göstərilib.
Eurasia Diary-nin məlumatına görə, müsabiqəsinin saytında yerləşdirilən açıqlamada belə deyilir.
“Yeni müraciətin də yarışmanın qaydalarına - hansı ki, müsabiqə siyasi alət kimi istifadə olunmadığına dair zəmanət verir,- uyğun gəlmədiyi barədə qərar qəbul edilib”, - deyə təşkilatçılar bildiriblər.
Qeyd olunub ki, Belarus mahnını vaxtında təqdim edə bilmədiyi üçün 12-16 may tarixlərində Rotterdamda keçiriləcək yarışmada iştirak edə bilməyəcək.