"Qaya" ansamblının yaradıcısı Teymur Mirzəyev İsraildə dəfn olunub - ednews.net

25 Oktyabr, Bazar ertəsi

"Qaya" ansamblının yaradıcısı Teymur Mirzəyev İsraildə dəfn olunub

Mədəniyyət A- A A+

Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti, Xalq artisti Teymur Mirzəyev İsraildə dəfn olunub.

Bu barədə EDNews.net-ə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev bildirilib.

T.Mirzəyev dünən dəfn edilib.

Qeyd edək ki, o, sentyabrın 26-da vəfat edib.

Xatırladaq ki, Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

T.Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...