Xalq artisti ilə bağlı İNANILMAZ FAKTLAR...

Mədəniyyət 21:17 21.01.2022

Bu gün Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.

Ednews Kulis.az-a istinadən bu münasibətlə bəstəkar haqqında 10 maraqlı faktı təqdim edir.

Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. Şərqdə ilk opera yazan ilk qadın kimi tarixə düşüb. Onun sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu çox olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı.

Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: "Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: “Qalx ayağa. Sənin rəngin niyə belədir?”. Mən də dedim ki, “heç, elə belə”... Dedi “gəl bura”, keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: “Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz".

Şəfiqə xanım çox qısa müddət ailəli olub. Bu evlilikdən onun cəmi bir övladı dünyaya gəlib. O, bir də heç vaxt ailə qurmayıb, ömrünün sonuna qədər tək yaşayıb. Şəfiqə xanım məşhur “Lay-lay” mahnısını isə oğluna bəstələyib. Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulub.

***

O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir. “Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim!”

***

Deyilənə görə İranda, şah dövrü zamanı "Azad Azərbaycan qadını" adlı rüsvayçı bir məqalə dərc edilib. Üstəlik, həmin qəzetdə Şəfiqə xanımın da intim fotoları yer alıb. Sovet dövründə bu məsələyə görə bəstəkarın başı çox ağrıyıb, hətta onu Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq ondan izahat da alıblar. Bu barədə ona verilən suala isə Şəfiqə xanım belə cavab verib: "Yox, yox, yalan söhbətdir, nə danışırsınız?".

“Qayınana” filmində səslənən "Mehriban olaq" mahnısını Şəfiqə xanımın yazmasının qəribə taleyi olub. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşırlar. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir. Və o, "Mehriban olaq" mahnısını yazmağı qərara alır.

***

Oğlu Taleh Hacıyev çox böyük istedada malik olsa da, anası qədər tanınmırdı. İndi də çox az insan Talehin yaradıcılığı ilə tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" adlı mahnısı çox böyük məşhurluq qazanıb. Lakin insanlar Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyıblar.

Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: “Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.

***

Taleh uzun illər bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir. Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.

Ağır ürək xəstəliyi keçirən Şəfiqə xanım son günlərini xəstəxanada keçirir. Onun yanına gələn əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: “Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm...”. Bu sözlərdən bir neçə gün sonra gözəl bəstəkar Şəfiqə Axundova 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə dünyasını dəyişir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı