ABŞ-ın Los-Anceles şəhərində keçirilən 94-cü Oskar mükafatlandırma mərasiminin canlı yayımında aparıcı Kris Roka sillə vuran Vill Smit sosial media üzərindən üzr istəyərək “həddini aşdığını” və “utandığını” etiraf edib.
Ednews xəbər verir ki, Smit yazılı açıqlamasında "Zorakılığın istənilən növü zəhərli və dağıdıcıdır. Oskar mərasimində davranışım qəbuledilməz və bağışlanmaz idi", deyə bildirib.
Zarafat etməyin peşəsinin bir hissəsi olduğunu bildirən Smit "Ancaq Jadanın sağlamlıq vəziyyəti ilə bağlı zarafat mənə görə çox idi və emosional reaksiya verdim", Smit açıqlamasında qeyd edib.
Qaradərili aktyor aparıcı Kris Roka səslənərək "Hər kəsin qarşısında səndən üzr istəmək istəyirəm, Kris. Həddini aşdım və səhv etdim. Utandım və davranışım olmaq istədiyim insana yaraşmadı. Sevgi və nəzakət dünyasında zorakılığa yer yoxdur”, o deyib.