Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri Mədəniyyət və Sənət İnstitutunda davam edib

Mədəniyyət 09:54 08.04.2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda davam edib.

Ednews xəbər verir ki, institutun rektoru, professor İbrahim Yuldaşev Bakıdan gələn qonaqları-Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digər qonaqları ali məktəbin həyətində qarşılayıb.

İnstitutun akt zalında keçirilən tədbirdə  alimlər və tələbələr iştirak edib.

İbrahim Yuldaşev tarixən bir-birinə bağlı olan xalqlarımız və müttəfiq olan dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən danışaraq, Prezidentlərimiz Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı səmimi dostluq münasibətlərini qeyd edib. İki ölkə arasında mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini bildirən rektor, Özbəkistanın ali məktəbləri ilə Azərbaycan universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Rektor deyib edib ki, Özbəkistanda nəinki paytaxt Daşkənddə, ayrı-ayrı böyük şəhərlərdə hər il keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri qardaş ölkənin mədəniyyətini öyrənməyə imkan verməklə yanaşı, onun nə qədər zəngin, təkrarsız olduğunun şahidi oluruq.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən böyük layihələr haqqında məlumat verib, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, regionlarda Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, vilayətin kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi istiqamətindəki fəaliyyətdən danışıb. S. Abbasov “Şuşa ili” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanının Termez Dövlət Universitetində Xurşidbanu Natəvan adına Mədəniyyət Ocağının açılışı olacağını, Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə 2 əsrdən sonra bərpa edilən “Məclisi-fəramuşan” poeziya məclisinin növbəti görüşlərinin Şuşada keçiriləcəyini və Özbəkistanın Xivə şəhəri ilə Azərbaycanın Şuşa şəhəri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçiriləcəyini söyləyib. 

Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Deputat xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından danışan deputat qardaş Özbəkistanla bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb, tələbə və müəllim mübadiləsinin mühüm amil olduğunu diqqətə çatdırıb. Q.Paşayeva 44 günlük Vətən müharibəsindən danışıb,  Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etdiyini vurğulayıb və bunun üçün minnətdarlıq edib.

Müşfiq Cəfərov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb. O deyib ki, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Özbəkistanda olub, yüksək səviyyədə görüşlər keçirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli mədəni sahədə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, bu işdə Mədəniyyət nazirliklərinin əməkdaşlığı, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm rolunu qeyd edib. Nazirlik rəsmisi gələcəkdəki birgə layihələrdən danışıb.

Sonra Mədəniyyət institutunun tələbələri Bakıdan gələn modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və özbək milli libaslar kolleksiyasını nümayiş etdirib. Geyimlərdə hər iki ölkəyə məxsus naxışların əks olunduğu libaslar sərgilənib.

Sonra geniş konsert proqramı keçirilib, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnı və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını, institutun ansamblı isə Azərbaycan və özbək mahnılarını ifa edib.

Tədbirin sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.     

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı