Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfər edəcək.
Ednews xəbər verir ki, nazirlə birlikdə Azərbaycanın bir çox incəsənət xadiminin də Vaşinqtona səfər edəcəyi gözlənilir.
Onlar Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaqlar.
Qeyd edək ki, mayın 3-də keçiriləcək xeyriyyə konserti ABŞ-ın Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək.
“Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə
Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.
Xatırladaq ki, ilk xəbəri "Real TV" yazıb.