Şuşa ilinə həsr olunan Tamaşa Festivalı keçiriləcək - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

Şuşa ilinə həsr olunan Tamaşa Festivalı keçiriləcək

Mədəniyyət A- A A+

Mədəniyyət Nazirliyi II “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edir.  

Nazirlikdən Ednews-a verilən məlumata görə, festival Şuşa ilinə həsr olunub.  

Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq.

Bu isə teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.  

Məlumatda bildirilir ki, janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir. Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.  

Mükafatlar: 

I Yer: 5000 AZN  

II Yer: 3000 AZN  

III Yer: 1500 AZN  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...