İtalyan kinoulduzu Monika Belluççi “Schön! Magazine China” dərgisinin yeni buraxılışının üz qabığında parlayıb.
Ednews xəbər verir ki, cazibədar aktrisa bir-birindən iddialı fotoları ilə yanaşı, dilə gətirdiyi həyat fəlsəfəli sözləri ilə diqqətləri üzərinə cəmləyib.
“Həyat o qədər qurulub ki, hər birimizin yaxşı və pis günlərimiz olur. Amma biz həm birincidən, həm də ikincidən öyrənirik. Biz bilik əldə edirik, təcrübə qazanırıq və bəlkə də hikmət qazanırıq”, – deyə Monika bildirib.
O, bədii ilham mənbələrindən də danışıb:
“Yaradıcılıq baxımından həmişə italyan aktrisalarından – Sofi Loren, Klaudiya Kardinale, Anna Manyanidən ilham almışam. Onlar ehtirasları üçün mübarizə aparan qadınlardır. Məhz buna görə “Mariya Kallas - Məktublarda xatirələr” tamaşasında oynamağa razılaşdım”.