Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Mədəniyyət A- A A+
İyulun 22-də Şəkidə növbəti KOB Fest sərgi-satış yaramarkası təşkil olunacaq.
 
Bu barədə Ednews-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
 
Agentliyin təşkilatçılığı ilə keçiriləcək yarmarkada KOB subyektlərinin istehsal etdiyi qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram da təşkil ediləcək.
 
Şəki Xan Sarayının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-a qədər ziyarətçilər üçün açıq olacaq.
 
Bu ilin aprel ayından start götürən “KOB Fest” sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt və Quba şəhərlərində təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...