Gənc yazarlardan kimlər imzadır? SORĞU

Mədəniyyət 12:24 12.09.2022

Azərbaycan yazıçıları gənc yazarları oxuyurmu? Onların yaradıcıqları barəsində nə düşünürlər?

Ednews bu barədə yazıçıların fikirlərini öyrənib. Cavabları təqdim edirik:

 

Xalq yazıçısı Anar:

“Bu suala cavab verməyin yeri deyil. İndi heç kəsin adını çəkmək istəmirəm. Çünki birinin adını çəkib o birisinin adını çəkməsəm inciyərlər. İmza kimi də heç kimin adını deyə bilmərəm.

 

Xalq yazıçısı Elçin Əfəndiyev:

“Mirmehdi Ağaoğlunun, Ülviyyə Heydərovanın hekayələri xoşuma gəlir. Bu yaxınlarda Rəbiqə Nazimqızının “Çətirlərin qiyamı” adlı şeirlər kitabını mütaliə etdim. Müasir dövrdə bu az şeir kitablarından biri idi ki, mən onu axıra kimi maraqla oxudum. Elza Dəniz Nurun, Günay Ümidin də adlarını qeyd edərdim”.

 

Xalq şairi Nəriman Həsənzadə:

“Azərbaycanın gənc yazarları arasında imza deyəcəyim istedadlı müəlliflər çoxdur. Gənc yazarların hamısı mənimlə çox mehribandırlar. Ad çəkə bilməyəcəm, unutduqlarım olar, inciyərlər”.

 

Yazıçı Seyran Səxavət:

“Dövrümüzün qəlizliyinə və mürəkkəbliyinə baxmayaraq, Azərbaycan ədəbiyyatı çox möhtəşəm bir səviyyədə inkişaf edir. Sevdiyim şairlər də, yazıçılar da var. İçində cavanlardan da var. Xanım yazarlarımızdan elə imzalar var ki, dünya ədəbiyyatı səviyyəsindədirlər. Təranə Vahidin, İlhamə Nasirin adlarını çəkə bilərəm. Çox təssüf olsun ki, biz öz yazarlarımızı təbliğ edə bilmirik. Dünya miqyasında guya kimləri təbliğ edə bilmişik? Səməd Vurğunu, Füzulini, Nəsimini, Axundovu? Gənclərdən mübahisəli, qalmaqallı şəxsiyyət Kəramət Böyükçülü deyərdim. Yaradıcılığını sevirəm. Çox istedadlı müəllifdir. Təranə Turan, Arzu Nehrəmlinin adlarını qeyd edərdim. İndi hamısını xatırlamıram, amma gəncləri oxuyuram”.

Şair Rəşad Məcid

“Gənc yazarlardan narazı deyiləm. İndi çoxlu , istedadlı gənc nəsil yetişib. Vaxtaşırı münasibətimi bildirmişəm. Adları çəkib kimisə küsdürmək istəmirəm.

Sonuncu bəyəndiyim şair və nasirin adını çəksəm bəs edər. Sentyabrın 9-da, Şuşada, Natəvanın 190 illik tədbirində Rəşad Nağı Mustafanın şeirindən təsirləndim.

Təvəkgül Boysunarın hekayələri də fərqli və orijinaldır”.

Yazıçı Narıngül Nadir:

“Fəridə Zero, Ayxan Ayvaz, Həmid Piriyev, Rəşad Nağı Mustafa, Ramil Əhməd, Oğuz Ayvaz, Rəvan Cavid, Murad Muradov”.

Yazıçı Pərviz Cəbrayıl

“Düzünü desəm, vaxt məhdudiyyəti üzündən heç nə oxuya bilmirəm. Ümumiyyətlə ədəbiyyatdan uzağam. Arabir öz roman qeydlərimi edirəm. Tək-tük hekayələr oxuyuram qarşıma çıxanda. Onlardan da hansısa biri bu dəqiqə yadımda deyil. Hər birinə uğur arzulayıram. Əsas odur ki, nə qədər hələ entuziazm var, çoxlu oxuyub, çoxlu da yazsınlar”.

Yazıçı Azad Qaradərəli:

“Zaman-zaman üç cilddən ibarət "Renessans həsrəti" adlı esselər və müsahibələrdən ibarət kitablar yazıb çap etdirmişəm. O kitablardakı esselərin tən yarısı istedadlı gənclərə həsr olunub. Özü də onların bir çoxunu şəxsən tanımıram. Məsələn, son cilddə Qismət, Orxan Bahadırsoy, Günel Rəcəbin şeirləri, habelə Çexiyada yaşayan gənc rəssam Heyran Mustafazadənin rəsmləri və başqa gənclərin yaradıcılığından bəhs edən esselər yer alıb. Onu da deyim ki, təsisçisi və baş redaktoru olduğum "Yazı" dərgisinin də gənclərə vermişəm.

İndi hamını oxuya bilmirəm, sadəcə tanıdığım imzaları oxuyuram. Ən gənc imzalar var, məsələn Əlibala Əhmədov, Nadir Yalçın, Timuçin kimi gənclərin imzalarını görən kimi oxuyuram. Ən ləzzətlə oxuduğum Bahar Zamanının şeirləridir. Artıq özünü təsdiq etmiş gənclərin adını isə bilərəkdən çəkmədim.

Sevinirəm ki, hər beş ildən bir ədəbiyyatımızda yeni imzalar yetişir. Necə deyərlər, qan dəyişimi olur”.

 

Şair Rasim Qaraca:

“Son bir ayda Cavid Ramazanovun "Amanabənd" və Rəşad Səfərin "Keçilərin Nəğmələri" romanını oxumuşam, 2-cini bitirmək üzrəyəm. Hər iki yazarı birləşdirən bir cəhət var - hər ikisi ədəbiyyat sahəsində birinciliyə iddialıdır və yazmaq hər ikisi üçün vazkeçilməz məsələdir. İndiki halda məni maraqlandıran bu iddianın olmasıdır. Başqa gənc yazarlar da var, ədəbiyyata geriyə dönüşü olmayan bir istəklə gəlirlər. Bəzən necə çətin bir yola baş vurduqlarının fərqində olmadan. Çünki yaradıcılığın çiçəklənməsi üçün şəraitin olmadığı bir ölkədə yaşadıqlarının fərqində deyillər çox zaman. Lakin bu fanatik bağlılıq ədəbiyyatımızın və ya milli varlığımızın xilası üçün ən önəmli faktordur. Sonrakı inkişaf bunun üzərində qurulacaq. Əlinə qələm alıb yazan hər kəs mənə görə qiymətlidir, lakin öz azad ruhunu karyera məqsədlərinə satan yazıçı isə ədəbiyyatımızın ən böyük düşmənidir”.

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
Hamısı