AYB-nin yeni sədri kim olacaq? Yazıçılar danışır...

Mədəniyyət 12:00 28.09.2022

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayına sayılı günlər qalır. Hazırkı sədr Xalq yazıçısı Anardır. Qurultayda dəyişikliklər olacaqmı? Yeni sədr gözlənilirmi?

Ednews bu barədə tanınmış yazıçıların münasibətini öyrənib. Cavabları təqdim edirik:

Xalq şairi Sabir Rüstəmxanlı qurultayla bağlı qısa və lakonik danışıb:

“Qurultaydan ciddi bir gözləntim yoxdur. Anar sədirliyində qalacaq”.

Yazıçı Səfər Alışarlı fikirində bildirdi ki, yazıçıların qurultayı ölkə həyatının ən müxtəlif sahələrinə aid məsələləri müzakirə edə bilər.

“Yazıçılıq mənəviyyat məsələsidir. AYB isə yaradıcılıq təşkilatının idarəçilik formasıdır. Bu idarəçiliyin sovetdənqalma ənənələri var, zənnimcə, onlar son 30 ildə daha da möhkəmlənib.

Qurultay yəqin ki, həmişəki tək hesabat xarakterli olacaq. Bütün təşkilati məsələlər qurultaya qədər həll olunacaq. Nə yenilik olacağını bilmirəm”.

Yazıçı Elçin Hüseynbəyli qeyd etdi ki, qurultaya hazırlıq işi başa çatıb. Qurultayöncəsi on bir məruzə dinlənilib, müzakirə olunub.

“Seksiyalar və bölmələr iclaslarını keçirib, seçimlərini ediblər. Qurultaya nümayəndələrin və qonaqların siyahısı müəyyən edilib. Qurultayöncəsi məruzələr kitab şəklində çıxıb. Qurultayın vaxtı dəyişdirilə bilər. Amma mütləq bu lin sonuna kimi keçiriləcək. Sədr qurultayda seçilir. Şəxsən mənim seçimim müəyyəndir. Mən Anar müəllimin namizədliyini dəstəkləyəcəm”.

Yazıçı Varis qurultayla bağlı yalnız bir cümlə ilə fikrini dedi:

“Düşünürəm ki, sədr Anar müəllim olacaq.

Yazıçı Alpay Azər düşünür ki, əgər səsvermə ənənəvi olaraq açıq keçirilsə, onda Anar müəllim sədr seçiləcək:

“Səsvermə gizli keçirilsə, onda ən azından, sədrlik uğrunda müəyyən qədər mübarizə gedəcək. Düzdür, AYB üzvü deyiləm, amma demokratik prosedur naminə gizli səsvermənin keçirilməsini tövsiyə edərdim”.

Şair Rəbiqə Nazimqızı da qurultayla bağlı qısa münasibət bildirdi:

“Qurumun üzvü deyiləm, AYB-də nə baş verdiyi ilə maraqlanmıram. Düşünürəm ki, böyük mənada qurultay da, yeni sədr seçkiləri də - kimin seçilməsindən asılı olmayaraq - ədəbiyyatımız və ölkəmiz üçün heç nəyi dəyişməyəcək”.

Sorğunu keçirdi: Oğuz Ayvaz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı