“AYB-yə niyə pul ayrıldı deyənlər qul psixologiyasının daşıyıcılarıdır” Qurultay sonrası POLEMİKA

Mədəniyyət 15:01 28.10.2022

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Qurultay sonrası mediada, sosial şəbəkələrdə AYB-yə kəskin tənqidlər, etirazlar səngimək bilmir.

Ednews məsələ ilə bağlı AYB üzvü, tanınmış yazıçı, şairlərin münasibətini öyrənib.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs bildirdi ki, AYB-nin hər dəfə Qurultayı olanda ajiotaj yaranır.

“Hər dəfə də eyni şeyə təəssüflənirəm. Bəstəkarların, rəssamların, fotoqrafların da qurultayları olur. Onların nə qurultay ərəfəsində, nə də qurultay sonrası məsələləri heç bir ajiotaj doğurmur. Nəyə görə yaradıcı təşkilatların arasında məhz AYB səs-küyə səbəb olur?! Mən bunun cavabını bilmirəm. Səbəbi hələ də Azərbaycan insanının rəssamdan, bəstəkardan çox yazıçıya olan marağıdır. Cəmiyyətin marağı yazıçının şəxsinədir. Əgər yazıçının yaradıcılığına maraq olsaydı, onda bizim kitablarımız az tirajla çıxmazdı. Kədərli hal, həm də odur ki, ədəbiyyat ətrafı söhbətlərə maraq daha böyükdür. Sırf ədəbiyyata maraq isə çox azdır. Qurultaydan sonra hansısa əsərin, pyesin, şeirin, romanın, hekayənin, essenin ətrfadında polemika aparmırıq. Biz sırf ədəbiyyat ətrafı söhbətlər aparırıq. Ədəbiyyatın boynubükük, yetim, yiyəsiz qalıb kənarda. Heç onun halını soruşan da yoxdu”.

Q.Ağsəs üç-beş günə bu söz-söhbətlərin bitəcəyini və arzusunu dilə gətirdi:

“Ümid etmək istəyirəm ki, adamlar ədəbiyyatın özü ilə maraqlanacaqlar. Onlar mətnlə, şeirlə maraqlanacaq. Bu polemikalar çox istərdim ki, hansısa ədəbi nümunənin üzərində qurulsun. Vaxtı ilə İsa Hüseynovun əsərləri ətrafında böyük polemikalar gedirdi. İndi o polemikalar yoxdur. İsa Hüseynov yaşasaydı indi onun əsərlərindən yox, şəxsindən polemika aparardılar. Arzu edirəm ki, ədəbiyyat nümumələrindən, əsərlərindən polimikalar qurulsun”.

Yazıçı Elçin Hüseynbəyli qeyd etdi ki, AYB-yə sədr olmaq üçün peşəkarlıq, nüfuz, humanizm, ədalət və təmkin kimi keyfiyyətlərdən keçir.

“Bütün bunlar Anarda var. Ürəyindən namizədlik keçən məşhur yazarlarımız bunu çox gözəl bilir. AYB  üzvlərinin nazı ilə oynamağa çoxlarının hövsələsi çatmaz. Mən ilin əvvəlindən qurultaya hazırlığın kuratoru olmuşam və bunu yaxşı bilirəm”.

E.Hüseynbəyli söhbət əsnasında AYB-yə ayrılan puldan da danışdı:

“AYB-yə niyə pul ayırdılar deyənlər isə, inciməyin, qul psixologiyasının daşıyıcılarıdır. Hələ onu demirəm ki, kimlərsə belə kritik bir məqamda dövlətlə yazıçıların arasına girməyə uğursuz cəhdlər edir. Savaş hələ bitməyib”.

Yazıçı sədirliyə namizəd gənc yazarlardan da bəhs etdi.

“Qurulataya namizədəm, deyə sosial şəbəkədə özünü didib-dağıdan bu gənclərin kimlər tərəfindənsə öyrədilməsi açıq-aydın görünür. Belə olmasaydı, onlar Qurultayın Rəyasət heyətinə yazılı müraciət etməli, sədrliyə namizədliklərinin qeydə alınmasını istəyərdilər. Gələcək sədr kimi platformalarını çap edib qurultay nümayəndələrinə paylamalıydılar. Amma nə bunların başbilənləri, nə də özləri bunu etməyiblər. Xətrlərinə dəyməsəydi, deyərdim ki, ağılları kəsməyib. Sosial şəbəkədə yazılan təhqirləri nəzərə alsaq, onlara söz verilsəydi, nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir.

Bir işi görməzdən əvvəl adam özünə sual verməlidir: mən bunu haqq eləmişəmmi? Bu yerdə suala cavab mənfidir. Nizamnamə və demokratiya populist çıxışlar üçün deyil və şantaj üsuluna çevrilməməlidir”.

Yazıçı Narıngül Nadir qurultayın iştirakçısı olduğunu və Anara səs verdiyini dedi.

“Ümumiyyətlə, qurultay nümayəndələri demək olar ki, böyük səs çoxluğuyla Anarı dəstəkləyib. Nümayəndələr kimi istəyirlər onu da özlərinə sədr seçirlər. Anar Azərbaycanın dəyərli ziyalısı, ictimai xadimi, istedadlı yazıçısıdır. Onun Azərbaycan ədəbiyyatında, mədəniyyətində xidmətləri danılmazdır. Anar istedadlı gənclərə həmişə dəstək olub, qayğı göstərib. Onların arasında bu qayğını qiymətləndirənlər də olub, eyforiyaya düşüb  hər şeyi unudanlar da".

N.Nadir düşünür ki, Anar daha böyük vəzifələrə layqidir:

“Bizim bir ağrılı tərəfimiz də var ki, dəyərlərimizi  qiymətləndirə bilmirik.  Mən deyərdim ki, Anar daha böyük vəzifələrə layiqdir, amma özünün də dəfələrlə qeyd etdiyi kimi yazıçıların mühiti ona daha doğmadır. Görülən işlərin mütləq nöqsan tərəfi də olur. Amma bunu şişirtmək, qarışqadan fil düzəltmək də doğru deyil”.

Xanım yazıçı narazılıqlarla bağlı, həmçinin namizədlər barəsində də fikirlərini bildirdi:

“Narazılıq edənlər daha çox yaş məsələsinə toxunurlar. Əgər  bu yaşda insanın sağlamlığı yerindədirsə, davamlı şəkildə yaradıcılıqla məşğul olursa, böyük bir təşkilatın yükünü çiyinlərində daşıya bilirsə, biz buna sevinməliyik. 

Namizədliklərini irəli sürən gənclərə gəldikdə isə mənim məlumatıma görə onlar rəsmi şəkildə namizədliklərini qeydə aldırmayıblar. Eyni zamanda platformalarını təqdim etməyiblər. Yəqin ki, gələcəkdə bunu nəzərə alacaqlar və indidən onlara uğurlar arzulayıram. Məncə onlar bundan sonra Yazıçılar Birliyi ilə daha sıx əməkdaşlıq etməli, öz təklif və qeydlərini bildirməli, gələcəkdə sədrliyə  namizəd kimi təcrübə toplamalıdırlar”.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir. 

Oğuz Ayvaz

Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO

Xəbər xətti

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Hamısı