95-ci dəfə baş tutacaq "Oskar" mükafatlandırma mərasiminə kimin aparıcılıq edəcəyi bəlli olub.
Ednews Axşam.az-a istinadən xəbər verir ki, gələn il baş tutacaq gecədə aparıcılıq Cimmi Kimmelə həvalə olunub.
Qeyd edək ki, "Oskar 2023"ün namizədlərinin adları gələn il yanvarın 24-də açıqlanacaq. Mərasim isə gələn il martın 12-dən 13-nə keçən gecə baş tutacaq.