Sankt-Peterburqdakı Ermitaj muzeyi Rusiyadan kənarda muzey sərgilərinin keçirilməsinə qoyulmuş qadağanın ləğvinə ümid edir.
Ednews xəbər verir ki, bu barədə muzeyin direktoru Mixail Piotrovski Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında bildirib və əlavə edib ki, Ermitaj 2023-cü ildə orada karantin tədbirlərinin ləğvindən sonra Çinlə birgə mədəni layihələrini həyata keçirməyə hazırlaşır.
Muzeyin direktoru bildirib ki, “Avropadakı geosiyasi vəziyyət sərgilərimizin orada keçirilməsini qeyri-mümkün edib, ona görə də biz Çinlə əməkdaşlığımızı inkişaf etdiririk, burada bəzi layihələrin həyata keçirilməsini gözləyirik. Malaziya və Yaponiya ilə sərgilərin həmin ölkələrdə keçirilməsi ilə bağlı danışıqlar aparırıq. Bizim həmçinin, ərəb muzeyləri ilə əməkdaşlıq etmək üçün geniş planlarımız var”.
Ermitajın direktoru xatırladıb ki, oktyabrın 27-də Sankt-Peterburqun Ermitaj muzeyinin dəhlizində Misirin “Egyptomania” sərgisi açılıb.
Maraqlıdır ki, Ermitaj Muzeyi Rusiyaya qarşı sanksiyaların tətbiq olunduğu dövrdə Amsterdam, London, Brüssel, Roma, Milan və Hamburqda sərgilərin keçirilməsində iştirak etmiş, daha sonra həmin iştirak dayandırılmış və bütün eksponatlar ötən ilin aprelində Rusiyaya qaytarılmışdır.
Rəna Mürşüd