Tanınmış uşaq şairi və yazıçısı Zahid Xəlilin yaxın günlərdə yeni kitabı nəşr ediləcək.
Bu barədə Ednews-a açıqlama verən yazıçı yeni kitabı barəsində bunları deyib:
“Uşaqlar üçün yeni hekayələr yazmışam. “Libra Kitab” nəşriyyatı kitabı çapa hazırlayır. Nəşriyyat müxtəlif adlar düşünür. Kitab bir uşağın dəvə ilə dostluğundan bəhs edir. Həmçinin kitabda uşaqları maraqlandıran rəngli şəkillər də olacaq”.