Afaq Məsud Gürcüstanda mükafata layiq görüldü

Mədəniyyət 17:53 01.12.2022

Afaq Məsud “İvane Maçabeli” və “Mixeil Cavaxişvili” mükafatlarına layiq görülüb.

Ednews xəbər verir ki, Gürcüstan Yazıçılar Evində Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirin mətni ixtisarlarla təqdim edilir.

Gürcüstanın tanınmış yazıçıları və incəsənət xadimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar İttifaqının sədri, tanınmış şair Makvala Qonaşvili qonağı və tədbir iştirakçılarını salamlayaraq yazıçının şəxsiyyəti və yaradıcılığı haqqında danışıb.

“Uzun illər boyu bu binada bir çox əlamətdar tədbirlər, yaradıcılıq gecələri keçirilib, lakin bugünkü tədbir xüsusilə seçilən və yaddaqalandır. O səbəbdən ki, Gürcüstan Yazıçılar Birliyinin bu tarixi binasının bugünkü qonağı – Azərbaycanın Xalq yazıçısı, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin yaxınlaşmasında böyük xidmətləri olmuş Afaq Məsuddur. Əsərləri dünyanın dörd bir yanında böyük maraqla oxunan bu məşhur yazıçıya Gürcüstan Yazıçılar İttifaqının qərarı ilə təşkilatın ən yüksək ödülünü – “İvane Maçabeli” mükafatını təqdim etməkdən dərin məmnunluq duyuram”.

Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, tanınmış şair David Şemokmedeli yazıçının yaradıcılığını geniş təhlil edərək Afaq Məsudun əsərlərinin artıq həm də gürcü mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edib:

“Bizim Azərbaycanla ədəbi əlaqələrimizin, dostluğumuzun təməli hələ qədim dövrlərdə dahi klassiklərimiz tərəfindən qoyulub. Bu gün bu əməkdaşlıq Afaq Məsudun timsalında uğurla davam etdirilir. İlk öncə mötəbər qonağımızı salamlayır, onu aramızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm. Afaq Məsudun əsərləri bu gün dünyanın dörd bir yanında oxunur. Əvvəla, deməliyəm ki, bu yazıçının əsərlərini tam anlamaq və dəyərləndirmək oxucudan xüsusi intellekt və hazırlıq tələb edir. Ədəbiyyat sahəsində müəyyən təsəvvürə malik olan bir insan kimi, deyə bilərəm ki, Afaq Məsud böyük yazıçıdır. Onun əsərləri gürcü, eləcə də digər dillərə uğurla tərcümə edilib, nəşr olunduğu ölkələrdə böyük maraqla qarşılanıb. Bu isə o deməkdir ki, dünya ədəbiyyatı böyük bir yazıçı ilə zənginləşib. Dünyada, o cümlədən Azərbaycanda yazılan və gürcü dilinə tərcümə olunan dəyərli əsərlər gürcü mədəniyyətinin də ayrılmaz hissəsinə çevrilməlidir. Afaq Məsudun əsərləri bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Bizim Təltif Komissiyasının qərarı ilə, ədəbiyyata verdiyi böyük töhfələrə görə Azərbaycanın Xalq yazıçısı Afaq Məsuda Rustaveli Cəmiyyətinin ən yüksək mükafatını – Mixeil Cavaxişvili adına mükafatı təqdim etmək istəyirəm.

Gürcüstan İncəsənət Akademiyasının vitse-prezidenti Şota Mağlakelidze:

“İlk öncə deməliyəm ki, məhz Afaq Məsud kimi yazıçılar ədəbiyyatda yeni mərhələ, xüsusi epoxa yaradırlar. Əsas istiqamətləri də məhz onlar müəyyənləşdirirlər. Mən bu görüşü eyni zamanda hər iki qardaş xalqın qədim tarixli ədəbi-mədəni əlaqələrinin davamı və hər zaman qürurla xatırladığımız bu tarixin ən dəyərli məqamlarından biri hesab edirəm”

Gürcüstan Yazıçılar İttifaqı sədrinin müavini, tanınmış şair Bağater Arabuli:

“Bu görüş, əslində, dostluq, doğmalıq və məhəbbət təntənəsidir. Bu gün bura dəvət etdiyimiz Afaq Məsud seçilən və sevilən yazıçılardandır. O eyni zamanda Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri olaraq Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda yayılması istiqamətində böyük işlər görüb. Bunu da xüsusi olaraq qeyd etməliyəm ki, bir neçə il öncə Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsinin yaradılmasında Afaq Məsudun xüsusi rolu və əvəzsiz əməyi var”.

Daha sonra Rustaveli Dövlət Teatrının rejissoru, Gürcüstan Dövlət Mükafatı laureatı Qoça Kapanadze, Gürcüstan Dövlət İncəsənət Universitetinin professoru İura Popxadze, tanınmış şair Nino Sasanava, “Zğvauri” ədəbi birliyinin rəhbəri və eyniadlı jurnalın baş redaktoru, tanınmış şair Bela Keburia, Dövlət Mükafatı laureatı, tanınmış yazıçı Badri Kutateladze çıxış edərək Afaq Məsudun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Rustaveli teatrının aktyorları – Tinatin İmnadze, İlia Kopadze və Lika Kobuladze tərəfindən yazıçının məşhur “Dovşanın ölümü” hekayəsi oxunub, “Qatarın altına atılan qadın” pyesindən fraqmentlər ifa edilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı