Ölümlə hədələnən, erməni roluna görə nifrət edilən Azərbaycanın xalq artisti Maraqlı faktlar

Mədəniyyət 12:00 02.12.2022

Bu gün Xalq artisti Məlik Dadaşovun anım günündür. Ednews mərhum sənətkar haqqında maraqlı faktları təqdim edir.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirib.

Uşaq yaşlarından musiqiyə gedib, kontrabasda ifa edib. Orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan universiteti yarımçıq qoyub səhnəyə istiqamətlənib.

Məlik Dadaşov İkinci Dünya müharibəsində iştirak edib. 1943-cü ildə aldığı kontuziyaya görə geri qaytarılır və uzun müddət müalicə olunub. Müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərib. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrına yollanır və orda aktyor kimi işə götürülüb. Az sonra sənədlərini Teatr İnstitutuna verir və Adil İsgəndərovun sinfinə daxil olub.

***

23 yaşlı aktyor səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayaraq əsas rolların ifaçısına çevrilib. Teatrda Sofiya Hüseynova adlı gənc aktrisa ilə ailə qurub. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru - Rafael Dadaşov dünyaya gəlib. Lakin, bir müddət sonra cütlük boşanıb.

1985-ci ildə Məlik Dadaşov “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradıb. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyib. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınıb. Məlik Dadaşovu da Pakistana qoymayıblar. Filmin çəkilişləri İçərişəhərdə aparılıb.

***

Məlik Dadaşov sənət taleyində sonralar da bu kimi hədələrlə davamlı olaraq üz-üzə qalıb. “Axırıncı aşırım”da Qəmlonu, “Fəryad” filmində erməni obrazını, “Dəli Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullahı oynayanda tamaşaçılar aktyora hədsiz dərəcədə nifrət edir, küçədə görəndə onu söyüb yamanlayırdılar.

Qızı deyir: “Atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış edərək həmin addan imtina etdi: “O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu ola bilər.”

***

“Fəryad” filmindən çox sonralar isə belə bir hadisə olub. Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayıb. “Ay camaat, bu adam ermənidi”, - deyib camaatı yığır başına. Aktyor sənədlərinin təqdim edəndən sonra ona inanıblar. Filmin premyerasında isə tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyüblər.

Dövrün digər nəhəng sənətkarı Adil İsgəndərovla gənclik illərində münasibətləri yaxşı olsa da sonralar bilinməyən səbəblərdən onlar iki düşmənə çevriliblər. Hətta onun oğlu Rafael Dadaşovun filmlərə çəkilməməsində Adil İsgəndərovun böyük rol oynadığını dilə gətirib: “Bu, Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Hətta Məlik Dadaşov özü o zaman Moskvaya gedib oranın vasitəsi ilə teatra bərpa olunub.”

***

Lakin, deyilənlərə görə Adil İsgəndərov “Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək deyib: “Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə”.

Uzun çəkişmələrdən sonra bir gün Məlik Dadaşov Milli Dram Teatrını tərk etməli olub. Qızı Gülnarə atasının teatrdan getmə səbəbini o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu ilə bağlayıb. İki il Rus Dram Teatrında işləyən aktyor təqaüd adı ilə ordan da uzaqlaşdırılıb.

***

Aktyor 70 yaşında övlad faciəsi yaşayır. İkinci nikahdan olan qızı xərçəngdən dünyasını dəyişib. Onun ölümündən sonra Məlik Dadaşov öz ağrısını bu sözlərlə ifadə edib: “Mən artıq yaşaya bilməyəcəm!”

Tədris Teatrında tələbələr ilə “Arşın mal alan”ı məşq edən zaman mizan göstərmək istəyəndə müvazinətini itirib yıxılıb. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyib. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün yaşayıb. Huşu özündə olsa da, dili tutulur, danışa bilmir. Axırıncı gün qızından qələm-dəftər istəyib. Son istəyi nəşinin Akademik Milli Dram Teatrına aparılmaması və bəzi adamların dəfninə buraxılmaması olub.

***

Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişib. Oğlu Rafael atasından incik olduğu üçün onun dəfninə getməyib. Üçüncü arvadı Dolares isə ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmayıb.

Oğuz Ayvaz

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
Hamısı