Aftandil İsrafilovun vəziyyəti ağırlaşdı: Reanimasiyaya köçürüldü - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Aftandil İsrafilovun vəziyyəti ağırlaşdı: Reanimasiyaya köçürüldü

Mədəniyyət A- A A+

“Atamın vəziyyəti olduqca ağırdır. Ağciyərində, ürəyində ciddi problemlər yaranıb. Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Kreatinin qanda səviyyəsi çox qalxıb. Bu da öz növbəsində böyrəklərinə ağır zərbə vurub. Artıq dördüncü gündür ki, atam reanimasiyadadır. Hazırda ciddi həkim nəzarətindədir”.

Ednews xəbər verir ki, bu sözləri şənbə günü səhhəti yenidən ağırlaşaraq hospitala yerləşdirilən Xalq artisti Aftandil İsrafilovun qızı Həcər xanım bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. 

“Şöhrət” ordenli sənətkarın qızı atasının daha əvvəl səhv müalicələr aldığı səbəbi ilə bu vəziyyətə düşdüyünü açıqlayıb. 

“2008-ci ildə atamın ürəyinə stend qoyuldu. Pandemiyadan əvvəl onun ağciyərlərinə su gəlmişdi. Onu təcili İrana müalicəyə apardıq. Oradan ağciyərlərindən suyu çıxartdılar. Atamın daha əvvəlki müalicələri səhv aparılıb. Belə olan halda vurulan iynələr əks təsir göstərib və nəticədə atam bu vəziyyətə düşüb”.

“Atanızla ən son nə zaman danışmısınız? Onun istəyi nə idi?” sualına 81 yaşlı sənətkarın qızı Həcər xanım göz yaşlarını saxlaya bilməyib.

O, “Onu öz əllərimlə dörd gün əvvəl hospitala apardım. Deyirdi hər yerim ağrıyır” sözlərini dilə gətirib.

Xalq artistinin qızı sonda atasının müalicəsini Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarətə götürdüyünü diqqətə çatdırıb.  



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...