Konsertdə papağını oğurladılar, müəmmalı şəkildə ölüdürüldü Rəşid Behbudovdan Maraqlı faktlar

Mədəniyyət 14:30 14.12.2022

Bu gün Xalq artisti, dünyaca məşhur müğənni Rəşid Behbudovun doğum günüdür.

Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Rəşid Behbudov 1915-ci il dekabrın 1-də Tiflis şəhərində anadan olub.

Gələcəyin böyük sənətkarı SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.

“Bəxtiyar” filminə çəkilişləri zamanı Saşa rolunun ifaçısı aktrisa Tamara Çernova süjetə əsasən, avtomobil sürməli olur. Ancaq bunu yaxşı bacarmır. O, hər dəfə sükan arxasına keçəndə çəkiliş qrupu qorxu keçirir. Maşınla olan epizod başa çatandan sonra Rəşid Behbudov bağ evində çəkiliş qrupuna kabab qonaqlığı verir.

Aktrisa Nəcibə Behbudova xanəndənin bacısı olub. Onun oğlu Cəfər Rəşidov uzun illər Moskvada yaşayıb. Çox yaxşı səsi və musiqi təhsili olsa da, deyilənlərə görə bacısının bir neçə dəfə xahiş etməsinə baxmayaraq Rəşid Behbudov ona heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər. Bakıda istədiyi uğuru qazana bilməyən Cəfər vətəni tərk edərək Moskvaya köçüb orada yaşayır.

Qarabağa konsert verməyə gedəndə onun papağı ilə təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın “Dolu” romanında da özü əksini tapıb.

Əfsanəvi hind aktyorları Rac Kapur və Nərgis Dattla çox yaxın dost olur. 1989-cu ildə vəfat edən xanəndənin ölümü ilə bağlı bir neçə fərziyə dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlı olur.

Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir. 1988-1989-cu illərdə Dağlıq Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.

Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyir ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

Xanəndənin qızı Rəşidə Rəşidin sözlərinə görə xanəndə Qorbaçovdan rus tanklarının Bakıdan çıxarılmasını tələb etdiyi üçün ona güclü təzyiqlər olur. Bundan sonra onun əsəbləri sıradan çıxır. Ona tez-tez sakitləşdiricilər verir, işgəncəyə məruz qoyurlar. Xanəndənin kürəyində qançırlar əmələ gəlir, ayağının iki, sağ əlinin bir dırnağını çıxarmışdılar. Bu faktlar KQB-nin sənədlərində öz əksini tapır.

Böyrəklərindəki problemlərlə bağlı Moskvada xəstəxanaya yatırdılır. Ailəsinə əməliyyat olunacağı deyilir. Ailə üzvləri yanına buraxılmayan xanəndə bir neçə saatdan sonra qışqırmağa başlayır, ardınca isə onun ölüm xəbəri gəlir.

Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, “sizin dinə görə meyiti yarmaq olmaz”. Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda Tibbi Ekspertiza İnstitutunun əməkdaşları tərəfindən yox, polis işçiləri tərəfindən yarılır. Lazımi sənədləri isə yoxa çıxarırlar.

Oğuz Ayvaz

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Hamısı