“Azərbaycanda Biləcəridən o yana çıxarılası yazıçı yoxdur” NOBEL MÜKAFATI KİMƏ LAİQDİR? - SORĞU

Mədəniyyət 16:20 15.12.2022

Ədəbiyyat üzrə dünyanın ən nüfuzlu mükafatı Nobel hesab edilir. Azərbaycan ədəbiyyat tarixindən indiyə kimi heç bir müəllif bu mükafatı qazanmayıb.

Ednews yazıçı, şairlərə sorğu ünvanlayıb - Azərbaycanda Nobel mükafatına layiq yazıçı kimdir? Cavabları təqdim edirik:

Xalq yazıçısı Natiq Rəsulzadə:

“Nobel mükafatına kimi gəldi təqdim eləmək olmaz. Düşünürəm ki, nasirlər arasında yox, şairlər arasında çox layiqli namizədlər var. Təbii ki, istedadlı nasirlərimiz var. Amma dünya ilə müqayisə etdikdə - Qabriel Qarsiya Markes səviyyəsinə çatan yoxdu. Mən özüm də başda olmaqla hələ o səviyyədə nasir Azərbaycan ədəbiyyatında yoxdu. Çox gözəl, zəngin poeziyamız var. Mən düşünürəm ki, həqiqətən də belə bir imkan olsaydı şairlərdən namizədlik təklif edə bilərik.

Konkret şair, şeir adı çəkə bilməyəcəm. Amma Azərbaycan yazıçıları yavaş-yavaş dünya ədəbiyyat arenasına çıxır. Düşünürəm ki, layiqli və səviyyəli yazıçılar şübhəsiz ki, var. Azərbaycan nəsri dünya nəsri ilə müqayisədə cavandı. Bizim çox qədim poeziyamız var. Ona görə də əgər bu mükafata kimi təqdim edə bilərik sualına, mən şairlərdən namizəd göstərərdim. Bizim nəsr Axundovdan başlayır. Ona görə dünya nəsri ilə müqayisədə biz çox cavanıq. Cavan nəsrin kötükləri də bir o qədər dərin olmur. Bütün Şərqdə olduğu kimi, Azərbaycan poeziyası kötükləri dərindi”.

Yazıçı Səfər Alışarlı:

“Yazıçılıq təkcə Nobel mükafatı ilə ölçülmür. Azərbaycan kimi bədbəxt ölkələr öz ədəbi mühitini nizama salmaq, həqiqi istedadları dəstəkləmək əvəzinə fantastik şeylər icad etməyə çalışır. Onlardan biri də sanki yazıçı özünütəsdiqinin və ictimai dəyərliyin yeganə meyarı kimi Nobel mükafatı götürülür. Müasir Azərbaycanda Biləcəridən o yana çıxarılası yazıçı yoxdur. Çünki həqiqi milli mənəvi dəyərlər mühitini yaradan, onu qoruyan, zənginləşdirən və dünyaya təqdim edə bilən ictimai-siyasi dayaqlar məhv edilib. Yalançı, saxta mənəvi dəyərlər sistemi yaradılıb ki, bu da həqiqi sənətin inkişafına ən ciddi maneədir.

Şair Ramiz Qusarçaylı:

“İsa Muğanna”.

Yazıçı Pərviz Cəbrayıl:

“Azərbaycanda "Nobel"ə layiq yazıçılar var, ancaq "Nobel"in texniki şərtlərinə uyğun gələn yazıçı yoxdur. Azərbaycan ədəbiyyatını bir dövlət olaraq təsəvvür etsək, burada Şimali Koreyadakı kimi elə bir qapalı rejim mövcuddur ki, onun zarafatla işlətdiyimiz "Biləcəridən o yana" çıxmaq imkanı mənə azı yüz il imkansız görünür. Mən öz vəsaiti və vəzifə imkanları sayəsində bu qapalı rejimdən kənara çıxan mətnləri nəzərdə tutmuram. Çünki təbii yolla baş verməyən heç bir proses evolyusiyaya apara bilməz”.

Oğuz Ayvaz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı