“Ağır çəkili bədii əsərlərin, filmlərin canında bir sirr, gizli bir sifariş, özü də məhz dövlət sifarişi!- olmazsa, bu əsərlər əsla tirajlanmaz. Müxtəlif dövlət, sənət, hətta Nobel mükafatlarına əsla layiq görülməz”.
Bu sözləri Ednews-a tanınmış yazıçı Həmid Herisçi Nobel mükafatı haqqında fikir bildirərkən deyib. O, qeyd edib ki, kinorejissor Andrey Tarkovskinin "Stalker" filminin ikinci planında çox vacib, ciddi, real dövlət sifarişi, deyərdim hətta məxfi bir mesaj da gizlədilib.
“Filmin 2:03 dəqiqəsində qəribə, ilk baxışda guya təsadüfü görünəcək bir epizod var. Orda, adı böyük həriflərlə qeyd edilən Yazıçı ilə Alim arasında qəfil mübahisə qızışır. Alim, çantasında bir an eşələnərək ordan, özü demişkən, "20 kilotonluq mini atom bombası"nı çıxarır. Deyir: "Yoldaşlarımla köməkləşərək bu bombanı yığdıq. İslamçıların, terrorçuların caynağına bu bomba keçsə, heç, dünyada sülh prosesi bərk axsayacaq". Hətta "Stalker" kimi fantastik filmin canında, dünya ictimaiyyətinə, xüsusən Qərb alimlərinə ünvanlanmış çox real bir mesaj var. İlk baxışda siz bu epizoda takılmayacaqsız. Çox-çox sonralar, gecənin xain bir məqamında, yuxusuz gecələrininzin birində qəfil bu kilid cümlə öz tam miqyasını açacaq sizin üçün. Dərk edəcəksiz ki, "mini atom bombası" mövzusu o zamanlar- yəni, Əfqan müharibəsi dövründə, təsadüfən "Stalker" filminə sıçramayıb. Bu mesajdı”.
Yazıçının sözlərinə görə Sovet hökumətinə o vaxt bu mövzu ətrafında bir diskusiya, ajiotaj lazım idi. Tarkovskinin o vaxt Qərbə getməsi, geri dönməməsi, ətrafında qalmaqal yaratması da məhz bu gizli mesajla əlaqədardı.
“Tarkovski bu "mini atom bombası" mövzusunu nəinki Qərbə sızdırıb, məncə. Hətta, haqqqında danışıqlar da aparıb görünür. Sonralar bax bu "mini atom bombası" mövzunun, belə deyək "gizli teleqrafçısı" dönüb olur yazıçı Danil Konetskiy. Özünün "Qayıdış kodu" romanıda o, bax bu "mini atom bombası" teleqramını, bir başqa cür mətbuatda leqallaşdırır. Deyir ki, bəs dünyada çox gizli "Allahın əli" adlı bir islam terror qrupu mövcuddu. Guya bu terrorçuların başçısı, "Qepard" ləqəbli yaraqlının ixtiyarında, bu cür silahın olması mümkündü.
Məncə, bu mini atom bombası mövzusu, indi də Ukraynada bir növ realaşa bilər. İstintaq, necə deyərlər davam edir.
Bədii əsərlərə, romanlara da Nobel mükafatları və s.i. və ilaxır bəzən bax bu gizli mesajlara görə də verilir”.
Oğuz Ayvaz
Həmid Herisçi: “Bədii əsərlərə Nobel mükafatı gizli mesajlara görə verilir”
DİGƏR XƏBƏRLƏR
HamısıGünün xəbərləri