Teatrda fəhlə işləyən, Alen Delonla filmə çəkilən azərbaycanlı aktyor Maraqlı faktlar

Mədəniyyət 09:30 21.12.2022

Bu gün əməkdar artist Ələsgər Məmmədoğlunun anım günüdür. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Ələsgərin atası əslən İrandan olub. O, Azərbaycanda ailə həyatı qurduqdan sonra İrana qayıtmayıb. Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb.

Ələsgərgil ailədə 4 bacı, 2 qardaş olubar. 12 yaşında atasını itirən aktyorun uşaqlıq illəri Kubinkada keçib. Atasının ölümündən sonra ailənin bütün yükü onun çiyinlərinə düşüb. 16 yaşından işləməyə başlayıb. Alver edib, tum, dondurma satıb. Gəmidə, zavodda "tokar" kimi də çalışıb.

***

Səhnə və teatrla ilk tanışlığı 15 yaşında olub. İlk dəfə Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxır. Hökumə xanımın, Leyla Bədirbəylinin, Möhsün Sənaninin sənətkarlığına vurulur. Elə o vaxtdan aktyor olacağına qərar verir. Anası onun aktyor olmasına razı olmasa da, Ələsgər fikrindən dönmür.

***

Bir müddət Lütfi Məmmədbəyovun Xalq Teatrına getməyə başlayır. Sonra sənədlərini İncəsənət institutuna verir, gündüz Musiqili Komediya Teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi kimi işləyir. Kütləvi səhnələrə çəkilir. 1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir.

***

1976-cı ildə Ələsgər bacısının həyat yoldaşının qohumlarından birinin Nazilə adlı qızına vurulur. Utancaq olduğundan bu barədə ancaq bacısına deyə bilir. Ailələrin razılığı ailə həyatı qururlar. Onların bir oğlu, bir qızı dünyaya gəlir.

Əsgər Məmmədoğlu "Qərib cinlər diyarında", “Yol əhvalatı”, Alma almaya bənzər” filmlərində, "Evləri köndələn yar", "Qatarda", "Yaşıl eynəkli adam" tamaşalarında yaddaqalan rollar ifa edib. Ancaq onu tamaşaçılara ən çox sevdirən “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı olub. Adı Əsgər olsa da, bu filmdən sonra onu Ələsgər deyə çağırıblar. Getdikcə öz adı unudulub, o, da özünə elə Ələsgər adını götürüb. 2002-ci idlə Əməkdar artist adını alıb.

***

1980-ci ildə Ələsgər Məmmədoğlu Alen Delonun da çəkildiyi SSRİ, Fransa və İsveçrə istehsalı olan “Tehran-43” filminə çəkilir. Amma onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılır. Bu aktyora çox pis təsir edir. “Bu film olduğu kimi yayımlansaydı, mən bütün ittifaqda məşhur idim” sözlərini deyir.

***

Görkəminə görə onu məşhur aktyor Adreano Çelentanoya bənzədir, Azərbaycanın Çelentanosu deyə də çağırırdılar.

Aktyorun filmdə dediyi “nə var e, Ələsgər, Ələsgər” sözləri uzun müddət tamaşaçıların ən sevimli replikalarından birinə çevrilib. Hətta bir çox adamalar avtomobillərində onun səsi yazılmış siqnallardan istifadə ediblər. Bir dəfə bir cavan oğlan ona deyib ki, sizin səsinizlə siqnal yığıdırmaq üçün 300 manat xərcləmişəm. Aktyor isə zarafatla cavab verib ki, elə o pulun yarısını mənə verərdin, maşının qabağında özüm oturub qışqırardım.

***

Aktyor özü haqqında deyirmiş: mənim utancaqlığım başıma bəla oldu. Heç nə edə bilmədim, abır-həya güddüm.

Bir vaxtlar aktyor haqqında qəzetlərin birində xoşagəlməz xəbər yayılır. Aktyorun imkansızlıq ucbatından qapılar döydüyünü, reketliyə yaxın yolla pul qazandığı iddia edilir. Lakin, aktyor müsahibələrinin birində bu haqda deyir:

“Qəzetdə bu mövzu hallandı. Jurnalistlə görüşdüm, o qəzet oxunmaq xatirinə yazmışdı. Qabaq gedib 4 nəfər məktəblərdə tamaşa oynayardıq, qazanardıq, indi bir rayona getmək üçün 50 manat yolpulu lazımdır. Daha o imkan da kəsilib”.

***

Qəribədir ki, aktyora çox tanınmasının səbəbi barədə sual verəndə o, səbəb kimi dişlərini deyib. Ömrünün son illərində rolsuzluqdan şikayət edən Ələsgər Məmmədoğlunun ən çox göründüyü yer şəhər çayxanalarından biri olub. Hətta ondan zarafatla çayxanada işlədiyini soruşurmuşlar. Aktyoru ən çox əsəbləşdirən sual isə “niyə maşının yoxdur?”, olub.

***

Ailəsinə və uşaqlarına çox bağlı biri olub. Qız nəvəsini hamıdan çox istədiyini deyirmiş. Oğlu xatirələrində deyir:

“Ailəsinə həddindən artıq diqqət yetirən insan idi. O, övladlarına kənardan nəzarət etməyi bacarırdı. Evin tək oğlu olduğumdan mənə ciddi nəzarət edirdi. Bir dəfə məni sinifdən çıxartmışdılar. Atam direktorun yanına getdi. Yarım saatdan sonra gördüm ki, direktorla öz dünylarındadırlar. Nəsimidən, ədəbiyyatdan söhbət edirlər, mən qıraqda qalmışam”.

***

Onun üçün baş və ya epizodik rolların heç bir fərqi olmayıb. Hansı rolları veriblər, onu da oynayıb. “Mən ancaq baş rolda oynayacağam” deyə iddiası olmayıb. Ən böyük arzusu isə Hacı Qara tamaşasında Hacı Qaranı ifa etmək olub.

Televiziya verlişlərinin birində qonaq olarkən qəfildən halı pisləşir, ağzından qan gəldiyi üçün çəkilişi saxlayırlar. Aktyoru evə gətirəndə hər kəs elə bilir ki, o, insult keçirib. Ertəsi gün müayinə olunanda isə məlum olur ki, onun qara ciyərində şiş var. Xəstəliyi cəmi 40 gün çəkir. Ailəsi onu İrana aparır. Həkimlər deyir ki, sağ qalma ehtimalı sıfıra bərabərdir, aparın evə. Ölümündən əvvəl kitab oxumaq istədiyini deyir. Bir dəqiqədən sonra elə əlində kitab 2015-ci il dekabrın 21-də dünyasını dəyişir. Ailəsi son ana qədər xəstəliyini ona demir, gizlədir.

Oğuz Ayvaz 

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
Hamısı