Sosial şəbəkələrdə "Əqrəb mövsümü" serialının rejissoru Emil Quliyevlə bağlı bəzi paylaşımlar yayımlanıb. Paylaşımda deyilir ki, jurnalistlərdən biri rejissorla müsahibə etmək istəyib, amma onun prodüseri bunun ödənişli olduğunu deyib.
Məsələ ilə bağlı Ednews-a açıqlama verən rejissor Emil Quliyev bildirib ki, müsahibə işlərinə mən baxmıram, o işlərə prodüserim baxır.
“Mən, ümumiyyətlə müsahibə vermirəm. Həm də ki, müsahibə verməyə nə həvəsim, nə də vaxtım var. Prodüser nə deyibsə bilmirəm”.
Rejissor bu məsələni prodüseri ilə danışacağını vurğuladı:
“Mənə müsahibə ilə bağlı çox zəng gəlir. Deyiləsi sözüm yoxdur. Bunlar mənim enerjimi, vaxtımı alır. Enejimi başqa şeylərə sərf edirəm”.
Oğuz Ayvaz